Bu gün "Simurq"un qonağı olacaq "Araz Naxçıvan" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Əsgər Abdullayev Aqil Nəbiyevin xidmətindən məhrum olub.
Belə ki, komandanın aparıcı üzvü qripə yoluxub. Bu səbəbdən Nəbiyev Zaqatalaya aparılmayıb.
Bundan başqa Budaq Nəsirov U-19-un heyətində olduğundan matçı buraxacaq. Hüseyn Axundov isə zədə səbəbindən oynamayacaq.
Fanat.az