“Astra” – “Zirə” oyununu idarə edəcək hakimlər briqadası bəllidi. Fanat.Az xəbər verir ki, Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq görüş belaruslu ədalət təmsilçilərinə həvalə edilib.
Referi Sergey Sinkeviçə yan xətt hakimləri - Vitali Malyutin və Yevgeni Romanov kömək edəcək. 4-cü hakimi funksiyasını Viktor Şimusik yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 13-də “Marin Anastasoviçi” stadionunda keçiriləcək “Astra” – “Zirə” qarşılaşması Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Fanat.Az