Növbəti mövsüm üçün heyəti yenidən kompleksləşdirməyə başlayan "Simurq" ilk rəsmi transferini gercəkləşdirib. Komanda gənc futbolçu Orxan Səfiyaroğlu ilə rəsmi müqavilə imzalayıb. Yarımmüdafiəçi növbəti iki il ərzində Zaqatala təmsilçisinin şərəfini qoruyacaq. Orxan komandanın heyətində 19 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, yeni transfer ötən mövsüm AZAL-ın heyətində çıxış edirdi.