“Astra” – “Zirə” oyununun biletləri satışa çıxarılıb. Fanat.Az Rumıniya mətbuatına istinadən xəbər verir ki, “Marin Anastasoviçi” stadionunda keçiriləcək görüşə ən ucuz biletin qiyməti 5 Rumıniya leyidi (təxminən 2 manat). Bahalı bilet almaq istəyənlər isə 20 ley (təxminən 8 manat) xərcləyəcək.
Qeyd edək ki, iyulun 13-də keçiriləcək “Astra” - “Zirə” görüşü Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Fanat.Az