Azərbaycan çempionu “Neftçi” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Albaniya “Skenderbeu”su ilə səfər matçına yollanacağı tarixi müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, Böyükağa Hacıyevin komandası Korçeyə iyulun 22-də yola düşəcək.
Qeyd edək ki, “Skenderbeu” ilə “Neftçi” arasındakı ilk oyun 0:0 hesabıyla başa çatıb. Cavab görüşü isə iyulun 23-də keçiriləcək.
İdman24.az