“Neftçi” PFK-nın hollandiyalı hücumçusu Melvin Platye “Skenderbeu” ilə oyun barədə klubun rəsmi saytına danışıb:
“Düşünürəm ki, çox yaxşı oynadıq, əla qol şanslarımız oldu. Rəqib bütün komanda ilə müdafiəyə çəkildiyindən, qol vurmaq çətin idi. Bununla belə, fərqlənmək üçün kifayət qədər imkanlarımız var idi. Bu mənim “Neftçi”nin heyətində ilk rəsmi oyunum idi. Buna baxmayaraq, qol şansları qazandım, lakin təəssüf ki, bunlardan istifadə edə bilmədim. İlk qarşılaşma olduğundan, təbii ki, əvvəlcə həyəcan var idi. Lakin meydana çıxandan sonra azarkeşlərin möhtəşəm dəstəyi sayəsində həyəcanı boğa bildim. Fanatlar məni təəccübləndirdi, açığı, onlardan belə güclü dəstək gözləmirdim. Özümü evdəki kimi hiss edirdim. Ruhdan düşmək lazım deyil. Əminəm ki, səfərdə istədiyimiz nəticəni qazanacağıq. Növbəti mərhələyə keçən tərəf “Neftçi” olacaq”.
İdman24.az