“Bütün futbolçular ilk gündən məşqlərdə iştirak ediblər. İnanıram ki, onların hər biri sabahkı oyuna hazırdı. Amma yeni transferlər haqda bu sözləri deyə bilməyəcəm. Çünki yeni oyunçularımız istənilən səviyyədə hazır deyillər”. Fanat.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Avropa Liqasının II təsnifat mərhələsindən mübarizəyə başlayacaq “qırmızı-qaralar” ilk oyunlarını sabah Polşa klubu “Yagelloniya”ya qarşı keçirəcəklər. Qarşılaşmadan öncə təşkil edilən mətbuat konfransında ukraynalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Yeni transferlərin bəziləri sabah meydana çıxacaq. Ancaq bu o demək deyil ki, onlar da tam hazırdılar. İnanıram ki, oyunçular sabahkı oyuna hazırdılar”.
Qriqorçuk rəqib komandanın baş məşqçisinin fikirlərinə münasibət bildirib. Ukraynalı mütəxəssis rəqibin “Qəbələ” yeni oyunçularına şans verəcəyi halda sevinəcəkləri barədə sözlərinə belə reaksiya verib: "Rəqibin baş məşqçisini sevindirmək üçün əlimizdən gələni edəcəyik (gülür)".
Baş məşqçi heyətdəki dəyişikliklər və yeni transferlərlə bağlı danışıb: "Artıq 3-cü ildi ki, bizdə eyni stuasiya yaranır. Bunun səbəbləri baoədə danışmaq istəmirəm. Çünki belədə söhbət uzanacaq. Belə olmasını istəməzdim. Amma burda pis bir şey yoxdu. Futbolda kimsə gəlir, kimsə gedir. Gedən oyunçuların yerini doldurmuşuq. Yeni futbolçularımız komandaya uyğunlaşıb. Yeniləri özümüz seçmişik. Sevinirəm ki, onları transfer etmişik. Nədənsə bizdə hər şey çətin alınır. "Qəbələ"də yaşadığım çətinlikləri heç yerdə görməmişəm. Amma çətinlikləri aşdıqca daha güclü olursan".
Fanat.Az