Xəbər verdiyimiz kimi, Zaqatala səfərində sonra "Araz Naxçıvan"da klubdaxili iclası keçirilib və komandanın son turlar üzləşdiyi məğlubiyyətlərin səbəbləri müzakirə olunub. Yekun qərara əsasən bəzi futbolçularla komanda qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.
Fanat.az xəbər verir ki, klub yola salının futbolçuların adlarını rəsmən açıqlayıb. Belə ki, Elgiz Kərəmli, Qərib İbrahimov, Elnur Abdulov, Kamil Nurəhmədov və Ruslan Zubkov komandanı tərk edib.
Məlumatda bildirilir ki, həmin oyunçular qovulmayıb: "Mətbuatda bu futbolçular haqda yazılan məlumatların heç biri həqiqəti əks etdirmir. Çünki bu futbolçuların hər biri "Araz Naxçıvan"nın qazandığı uğurda, eyni zamanda məğlub durumunda bir arada olublar. Odu ki, komandamız heç bir futbolçunu qovmayıb, sadəcə onlarla söhbət zamanı vəziyyətə aydınlıq gətirilib və qarşılıqlı razılaşma əsasında müqavilələri ləğv edilib. Gedən futbolçuların boşluğu isə əvəzedici heyətdən gələn oyunçularla doldurulub. Yaxın zamanda komandamız heyətinə bir neçə yeni futbolçu da dəvət edəcək. "Araz Naxçıvan" olaraq, komandanı tərk edən hər bir futbolçumuza gələcək karyeralarında uğurlar arzulayırıq".
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol