00:00 29.10.2014 448

Yubiley turu: kim qovulacaq? - AFİŞA

Bu gün Topaz Premyer Liqasında II dövrəyə start veriləcək və yubiley - X turun oyunları keçiriləcək. Fanat.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutacaq.

Saat 14.00-da iki matç start götürəcək. Bunlardan birində "Bakı" "Neftçi"ni qəbul edəcək. Maliyyə böhranında çabalayan meydan sahibləri çempionatın autsayderi hesab olunur. Yayda əksər legionelərini və təcrübəli yerli futbolçularını itirən "Bakı" son turda səfərdə oynamasına və 10 nəfərlə qalmasına rəğmən AZAL-ı məğlub edib. Amma bu dəfəki rəqib AZAL yox, "Neftçi"di. Ötən tur "İnter"lə heç-heçə oynayıb rəqibin liderliyi itirməsinə səbəb olan Arif Əsədovun yetirmələri zəif rəqiblə oyunda xal itirmək niyyətində deyil. İlk dövrədə "Bakı"nı 1:0 hesabı ilə yenən "Neftçi" bu dəfə də 3 xal qazanmaq iqtidarındadı.

Eyni saatın digər oyununda "Qəbələ" "Araz Naxçıvan"ın qonağı olacaq. Bölgə təmsilçisi mövsümə uğursuz başlasa da, sonradan özünə gələ bildi və hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Araz Naxçıvan" isə uğursuz çıxışını davam etdirir. Premyer Liqada yeganə qələbəsini ilk turda "Neftçi üzərində şübhəli hesabla (3:0) qazanan "Araz Naxçıvan"da isə vəziyyət fərqlidi. Muxtar Respublika təmsilçisi ardıcıl 7 turda qələbəyə həsrət qalıb. Bu müddətdə yalnız bir xal qazanan və bir oyunu təxirə salınan Əsgər Abdullayevin başçılıq etdiyi komanda son pillədə qərarlaşıb. Bunun nəticəsiidi ki, baş məşqçi və rəhbərlik bazar ertəsi 5 futbolçunun komandandan qovulmasına qərar verib. Artıq "Araz Naxçıvan" rəhbərliyinin səbr kasası daşmaq üzrədi. "Simurq" məğlubiyyətindən sonra 5 futbolçunu qovan rəhbərlik bu dəfə yəqin ki, baş məşqçiyə qapını göstərəcək. Ötən tur "Sumqayıt" üzərində əzmkar qələbə qazanan "Qəbələ" Naxçıvanda müqavimətlə üzləşsə də, qələbə qazanacaq. Bölgə klubunun səfərdə xal itirməsi gözlənilən deyil. 

Saat 16.00-da start götürəcək matçda "Sumqayıt" "Xəzər Lənkəran"ı qəbul edəcək. İlk 5 turda sürpriz şəkildə aktivinə 12 xal yazan "gənclik şəhəri" təmsilçisi son 4 həftədə xala həsrət qalıb. Ötən tur "Qəbələ" ilə oyunun ilk yarısında qələbə qazanan komanda ikinci yarıda buraxdığı 3 qolla məğlubiyyət acısı yaşayıb. Matçdan sonra Aqil Məmmədov hakimləri hədəf alaraq məğlubiyyətin səbəbkarı olaraq onları göstərib. "Xəzər Lənkəran"ın isə turnir cədvəlindəki mövqeyi ilə iddiaları üst-üstə düşmür. Aktivində 11 xal olan komanda 7-ci pillədə qərarlaşıb. Bu yer çempionluğa iddia edən, ən azı avrokuboklara vəsiqə qazanmaq istəyən komanda üçün heç də yaxşı mövqe deyil. Oğuz Çətinin yetirmələri son turda "Qarabağ"la matçın ilk yarısını 0:3 hesabı ilə məğlub başa vurub. İkinci yarıda iki qol vursalar da, bundan artığına nail ola bilməyiblər. Artıq Oğuz Çətinin də "kreslosu" laxlayır. Növbəti məğlubiyyət türk mütəxəssisin qovulması ilə nəticələnə bilər. "Xəzər Lənkəran" bu oyunda qələbə qazanmaqla həm turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmalı, həm də I dövrədəki məğlubiyyətin qisasını almalıdı.

Bir saat sonra başlayacaq oyunda AZAL "Simurq"u qəbul edəcək. AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun vəziyyəti heç də yaxşı deyil. Mövsümün əvvəlində Avropa Liqasına vəsiqədən danışan klub rəhbərliyi indi 9-cu pillədə qərarlaşan komandanın gününə ağlayır. Ötən tur öz meydanında 10 nəfərlə qalan "Bakı"ya yenilgi vəziyyəti bir az da çətinləşdirib. Növbəti məğlubiyyət baş məşqçinin yola salınması ilə nəticələnə bilər. IX turda "Araz Naxçıvan"ı darmadağın edərək turnir cədvəlində vəziyyətini yaxşılaşdıran "Simurq" isə uğurlu çıxışını davam etdirmək iddiasındadı. Son 3 turda 7 xal toplayan Georgi Çixradzenin yetirmələri səfər matçından da xalla qayıtmağa çalışacaq. Oyunun "sülh"lə bitməsi gözləniləndi.

Tura mərkəzi oyunla yekun vurulacaq. Saat 18.00-da startı veriləcək qarşılaşmada "İnter" "Qarabağ"ı qəbul edəcək. "Qarabağ" son turda "Xəzər Lənkəran"ı 3:2 hesabı ilə yenib, "İnter" "Neftçi" ilə "sülh" bağlayıb. Bu nəticələr turnir cədvəlinin zirvəsində dəyişikliyə səbəb olub və ağdamlılar Bakı klubunu taxtdan endirib. Bu gün "Qarabağ" meydana birinciliyini qorumaq, "İnter" isə liderliyi geri almaq üçün çıxacaq. "Qarabağ"ı qarşıda "Dnepr"lə çətin Avroliqa matçı gözləyir. Qurban Qurbanov yəqin ki, bu matçı nəzərə alaraq bəzi aparıcı futbolçulara istirahət verəcək. Amma "Qarabağ"ın ikinci heyəti belə istənilən nəticəni qazanmağa qadirdi. Matçın ilk dövrədəki kimi "sülh"lə bitməsini gözləmək olar.

Premyer Liqa 
2014/15 mövsümü
II dövrə, X tur

29 oktyabr
Bakı - Neftçi
Proqnoz: 20-20-60
I dövrədəki oyun: 0:1
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Mehman Mahmudov, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Murad Məmmədov.
"Bakı"nın təlim-məşq bazasının stadionu. Saat 14.00.

Araz Naxçıvan - Qəbələ
Proqnoz: 10-20-70
I dövrədəki oyun: 1:0
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Naxçıvan Muxtar Respublika stadionu. Saat 14.00.

Sumqayıt - Xəzər Lənkəran
Proqnoz: 30-20-50
I dövrədəki oyun: 1:0
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Coşqun Həsənov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
“Kapital Bank Arena. Saat 16:00.

AZAL - Simurq
Proqnoz: 20-60-20
I dövrədəki oyun: 0:2
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Nahid Əliyev, Xəlil Hüseynli.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Füzuli Nəcəfov.
"AZAL Arena". Saat 17.00.

İnter - Qarabağ
Proqnoz: 20-60-20
I dövrədəki oyun: 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Gülağa Cabbarov.
“İnter Arena”. Saat 18.00.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

8

5

2

1

14:8

17

2

İnter

9

4

4

1

20:4

16

3

Qəbələ

9

4

2

3

10:11

14

4

Neftçi

8

4

2

2

6:7

14

5

Simurq

9

7

1

4

13:8

13

6

Sumqayıt

9

4

0

5

11:14

12

7

Xəzər Lənkəran

9

3

2

4

11:9

11

8

Bakı

9

3

1

5

7:19

10

9

AZAL

8

2

3

3

7:11

9

10

Araz Naxçıvan

8

1

1

6

7:15

4

 

Bombardirlər

Rəşad Eyyubov (Simurq) - 6. Mikel Alvaro (İnter) - 5. Məhəmməd Qurbanov (Sumqayıt), Nurlan Novruzov (Bakı), Cavid Hüseynov (Qəbələ) - 4.


Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

29 May 2025
00:51

UEFA Konfrans Liqasının qalibi müəyyənləşdi

00:03

Azərbaycanın çimərlik güləşçiləri AÇ-də 3 medal qazandılar

28 May 2025
23:50

DÇ: 1/4 finalın bütün cütləri müəyyənləşdi

23:34

DÇ: Gürcüstan 1/4 finala yüksələ bilmədi

23:06

"Şamaxı"da növbəti ayrılıq - RƏSMİ

22:44

"Bu anı səbirsizliklə gözləyirəm" - Zidan Fransa yığmasından danışdı

22:07

DÇ: Çexiya 4 cavabsız qolla 1/4 finalda

21:40

"Traktor" baş məşqçisi ilə müqavilə yenilədi -RƏSMİ

21:15

"Fiorentina"nın baş məşqçisi istefa verdi - Bir neçə gün öncə müqavilə bağlamışdı

20:54

"Ümid edirəm ki, tortu gilənarla bəzəyəcəyik" - Lautaro Martines

20:17

Futbolçu faciəli şəkildə vəfat etdi

19:49

"Belə matçlarda iştirak etməyi uşaqlıqdan arzulayırsan" - Usman Dembele

19:06

DÇ: Növbəti 1/4 finalçı bilindi

18:49

"Şamaxı" tanzaniyalı yarımmüdafiəçi ilə anlaşdı - RƏSMİ

18:10

Pley-off qarşılaşmasını "Difai" qazandı

17:54

Slot ən yaxşı məşqçi seçildi

17:23

İsveçli əfsanə klubsuz qaldı

16:52

"Mbappedən Messinin üslubunda oynamağı xahiş etməyin" - Mişel Platini

16:11

"ASK Arena"da “Fair Play Matçı” keçirilib

15:57

"Çelsi" və "Betis" fanatları dalaşdılar

15:06

"Sabah"ın ilk finalı

14:55

"Qarabağ" Azərbaycan Kubokunun mütəq rekordçusudur

14:24

Pelleqrini "Çelsi"yə qarşı final oyunundan öncə belə danışdı

13:47

Gökhan Gönül istefa verdi

13:14

Özbəkistanın U-16 millisi Bakıya gəlib

12:39

"Həm Ukraynada, həm də Avropada kuboklar qazanmaq istəyimiz böyükdür" - Arda "Şaxtyor"a keçidini dəyərləndirdi

12:02

"Araz-Naxçıvan"da 2 yeni müqavilə - RƏSMİ

11:44

Avroliqanın qalibi "Bayern"in ulduzuna elçi düşdü - SON DURUM

11:15

Avropa çempionatı və Dünya Kuboku gələn il Azərbaycanda keçiriləcək

10:50

Murad Musayevli "Krasnodar" çempion heyətin 3 üzvü ilə vidalaşdı

10:19

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:58

Messi ilə Suares Uruqvayda klub yaratdılar

09:00

Minifutbol: Bu gün 1/8 final mərhələsinə yekun vurulacaq

08:00

28 May - Azərbaycanda Müstəqillik Günüdür

00:12

AFFA U-16 Liqasında mövsüm başa çatdı

27 May 2025
23:41

Yamal "Barselona" ilə yeni müqavilə bağladı - RƏSMİ

23:20

Arda Turanın yeni iş yeri bilindi - RƏSMİ

23:04

"Bir-iki saat qələbənin dadını çıxardıqdan sonra..." - Elşad Quliyev

22:58

DÇ: 1/4 finalın 4 iştirakçısı müəyyənləşdi

22:47

Yamal indikindən 3 dəfə çox qazanacaq - Məbləğ açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X