"Qəbələ" Premyer Liqanın X turu çərçivəsində bu gün "Araz Naxçıvan"ın qonağı olacaq. Fanat.az xəbər verir ki, bölgə klubu meydana bir əskiklə çıxacaq.
Belə ki, Ruslan Əmircanov Naxçıvanda oynamayacaq. Futbolçu hələ zədəsini sağaltmayıb.
Qeyd edək ki, Ruslan millinin İtaliya və Xorvatiya ilə oyunlarına dəvət alsa da, zədə səbəbindən səfərə yollana bilməmişdi.
Fanat.az