19:54 29.10.2014 182

Lider dəyişmədi, iddialılar 3 xala sevindi

Topaz Premyer Liqasında II dövrəyə start verilib və yubiley - X turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, bütün oyunları eyni gündə baş tutub.

Turun mərkəzi oyununda "İnter" "Qarabağ"ı qəbul edib. Ötən həftə liderliyi ağdamlılara təhvil verən "bankirlər" bu oyunda qələbə qazanmaqla zirvəyə qayıtmalı, "Qarabağ" isə qələbə, ən azı heç-heçə sayəsində mövqeyini qorumalı idi. "İnter Arena"da baş tutan qarşılaşmada 90 dəqiqə ərzində qapılara qol vurulmayıb və tərəflər hərəyə bir xal qazanıb. 

"Neftçi" "Bakı"nın qonağı olub. İlk dövrədə bu komandanı 1:0 hesabı ilə yenən "ağ-qaralar" yenə də rəqibindən üstün olub - 3:1. Hesabı 38-ci dəqiqədə ilk matçdakı qələbə qolunu vuran Julius Vobay açıb. 55-ci dəqiqədə Nurlan Novruzov bərabərliyi təmin edib. 62-ci dəqiqədə Araz Abdullayev "Neftçi"ni yenidən hesabda önə keçirib. Sona 5 dəqiqə qalmış isə Kaue da Silva son qolu vurub. 3:1 hesablı qələbə "Neftçi"nin top fərqində "Qəbələ"ni üstələyib və 3-cü pilləyə yüksəlib.

"Qəbələ" "Araz Naxçıvan"ın qonağı olub. Uğursuz çıxışını davam etdirən Muxtar Respublika təmsilçisi ardıcıl 8-ci oyunda da meydanı xalsız tərk edib. İlk dövrədə olduğu kimi Qəbələ və Naxçıvan klublarının duelində yenə qəbələlilər 1:0 hesablı qələbə qazanıb. Matçın yeganə qoluna 20-ci dəqiqədə ötən turda da fərqlənmiş Pavol Farkaş imza atıb.

"Xəzər Lənkəran" "Sumqayıt"ın qonağı olub. İlk dövrədə bu rəqibə 0:1 hesabı ilə yenilən "ağ-yaşıllar" həmin məğlubiyyətin əvəzini çıxıb. "Kapital Bank Arena"da hesabı 26-cı dəqiqədə Fernando Qabriel açıb. 43-cü dəqiqədə Məhəmməd Qurbanov bərabərliyi təmin edib. 65-ci dəqiqədə isə Alfred Sanko Lənkəran klubunun qələbə qolunu vurub - 2:1. 

AZAL isə "Simurq"u qəbul edib. Qarşılaşama 2:2 hesabı ilə başa çatıb. Hesabı 15-ci dəqiqədə Samir Zərgərov açıb. 57-ci dəqiqədə Rəşad Abdullayev penaltidən bərabərliyi təmin edib. 80-ci dəqiqədə Konseysao Eduardo AZAL-ı hesabda önə keçirib. Əlavə vaxtda isə Ali Gökdemir matçın yekun nəticəsini müəyyənləşdirib.

Premyer Liqa 
2014/15 mövsümü
II dövrə, X tur

29 oktyabr
Bakı - Neftçi 1:3
Qollar: Nurlan Novruzov, 55 - Julius Vobay, 38. Araz Abdullayev, 62. Kaue da Silva, 85.
Bakı: 1. Aqil Məmmədov, 5. Georgios Palagios, 7. Nuran Qurbanov (15. Azad Kərimov, 79), 8. Lukas Mario Horvat (k), 10. Nurlan Novruzov, 11. Tural Qürbətov (45. Mahir Mədətov, 46), 18. Əziz Quliyev, 21. Elşad Manafov, 22. Risto Ristoviç (9. Raul Yaqubzadə, 88), 30. Cəmşid Məhərrəmov, 85. Jaba.
Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 4. Ülvi Süleymanov, 20. Valeh Seyidov, 55. Aydın Mustafazadə.
Baş məşqçi: İbrahim Uzunca.
Neftçi: 1. Emil Balayev, 2. Karlos Kardozo, 3. Denis Silva, 7. Araz Abdullayev, 10. Julius Vobay (9. Flavinyo, 77), 11. Nikolas Kanales (18. Kaue da Silva, 69), 14. Elnur Allahverdiyev, 15. Erik Ramos, 19. Mirhüseyn Seyidov (23. Ruslan Qurbanov, 60), 27. Məqsəd İsayev, 90. Erenst Nfor.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 5. Elvin Yunuszadə, 8. Elşən Abdullayev, 21. Samir Məsimov.
Baş məşqçi: Arif Əsədov.
Sarı vərəqələr: Nurlan Novruzov, 65 (hakim qərarına etiraz etdiyinə görə). Əziz Quliyev, 67 (qeyri-idman hərəkəti). Jaba, 70 (qeyri-idman hərəkəti) - Erik Ramos, 60 (qeyri-idman hərəkəti).
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Mehman Mahmudov, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Murad Məmmədov.
"Bakı"nın təlim-məşq bazasının stadionu. 200 tamaşaçı.

Araz Naxçıvan - Qəbələ 0:1
Qol: Pavol Farkaş, 20.
Araz Naxçıvan: 85. Kamal Bayramov (k), 3. Əlimirzə Daşzərini, 4. Emin Cəfərquliyev, 6. Budaq Nəsirov, 7. Ramal Hüseynov (5. Cavid Həsənov, 46), 8. Elmin Çobanov (19. Tərlan Xəlilov, 46), 11. Sergey Selyuk, (15. Ruslan Nəsirli, 75), 13. Aqil Nəbiyev, 16. Kamil Hüseynov, 17. Bəxtiyar Soltanov, 21. David Canelidze.
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 2. Tural Hümbətov, 24. Azər Məmmədov, 44. Saşa Yunisoğlu.
Baş məşqçi: Əsgər Abdullayev.
Qəbələ: 1. Kamran Ağayev (k), 10. Dodo, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (4. Elvin Camalov, 77), 16. Ruslan Tağızadə, 21. Yazalde Pinto (9. Viktor Mendi, 67), 25. Adrian Ropotan, 26. Pavol Farkaş, 44. Rafael Santos, 88. Müşfiq Teymurov (5. Sadiq Quliyev, 81), 90. Ekiqo Ehiosun.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 8. Markuinyos, 11. Andrey Kristea, 12. Aleksandru Benqa.
Baş məşqçi: Dorinel Muntyanu.
Sarı vərəqələr: Ramal Hüseynov, 19 (qeyri-idman hərəkəti). Tərlan Xəlilov, 65 (qeyri-idman hərəkəti). Aqil Nəbiyev, 69 (perspektivli hücumun qarşısını kəsdiyinə görə) - Adrian Ropotan, 51 (qeyri-idman hərəkəti). Ruslan Tağızadə, 64 (qeyri idman hərəkəti). Ekiqo Ehiosun, 82 (oyunun bərpasını ləngitdiyinə görə).
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Naxçıvan Muxtar Respublika stadionu. 4600 tamaşaçı.

Sumqayıt - Xəzər Lənkəran 1:2
Qollar: Məhəmməd Qurbanov, 43 - Fernando Qabriel, 26. Alfred Sanko, 65.
Sumqayıt: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 6. Tagim Novruzov, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev (77. Təvəkkül Məmmədov, 34), 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Ramazan Abbasov (86. Fərid Quliyev, 68), 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 5. Cəmil Hacıyev, 11. Kiyan Sultanpur, 45. Murad Ağayev, 92. Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Aqil Məmmədov.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 5. Tyeqo, 6. Rəşad Sadiqov, 7. Sadio Tounkara (99. Deyan Blajevski, 90+3), 8. Qalin İvanov (97. Elnur Cəfərov, 77), 11. Rauf Əliyev, 13. Aleksandr Şemonayev, 14. Rahid Əmirquliyev (k), 27. Manuel Skarlatake, 28. Fernando Qabriel (10. Elnur Abdullayev, 57), 63. Alfred Sanko.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 3. Vanderson Skarduelli, 18. Tural Cəlilov, 33. Rasim Ramaldanov.
Baş məşqçi: Oğuz Çətin.
Sarı vərəqələr: Tagim Novruzov, 48 (sistematik qayda pozuntusuna görə) - Elnur Abdullayev, 58 (qeyri-idman hərəkəti). Rahid Əmirquliyev, 79 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Coşqun Həsənov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
“Kapital Bank Arena. 1500 tamaşaçı.

AZAL - Simurq 2:2
Qollar: Rəşad Abdullayev, 57-pen. Konseysao Eduardo, 80 Samir Zərgərov, 15. Ali Gökdemir, 90+1.
AZAL: 1. Ruslan Məcidov, 4. Laşa Kasradze, 5. Kərim Diniyev, 6. Konseysao Eduardo, 11. Con Kordoba (10. Tomi Kostadinov, 66), 12. Luis Ramos (17. Viktor İbekoyi, 89), 13. Şəhriyar Rəhimov, 15. Oskar Klava, 20. Freddi Mombonqo, 22. Eltun Yaqublu, 27. Rəşad Abdullayev (k).
Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 3. Xuan Fransisko, 7. Təmkin Xəlilzadə, 21. Novruz Məmmədov, 25. Adil Nağıyev. 
Baş məşqçi: Tərlan Əhmədov.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 5. Vadim Abdullayev, 6. Samir Zərgərov (13. Ali Gökdemir, 85), 10. Rəşad Eyyubov (9. Lukaş Tresnak, 81), 11. Draqan Çeran, 15. Stepan Polyak, 17. Rüstəm Məmmədov (25. Oruc Balaşlı, 90), 18. Tural Axundov, 20. İdan Vaytsman, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 8. Patrik Osiako, 16. Məhərrəm Hüseynov, 33. Kənan Müslümov.
Baş məşqçi: George Çixradze.
Sarı vərəqələr: Oskar Klava, 48 (qeyri-idman hərəkəti). Şəhriyar Rəhimov, 73 (qeyri-idman hərəkəti) - Rüstəm Məmmədov, 56 (qeyri-idman hərəkəti). Tural Axundov, 76 (hakimin qərarına etiraz).
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Nahid Əliyev, Xəlil Hüseynli.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Füzuli Nəcəfov.
"AZAL Arena". 250 tamaşaçı.

İnter - Qarabağ 0:0
İnter: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 7. Abdulla Abatsıyev (91. Coşqun Diniyev, 80), 11. Asif Məmmədov (80. Nizami Hacıyev, 68), 12. Junior Nildo, 15. Yohan Bokanyano, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 27. Dieqo Madriqal (8. Mikel Alvaro, 63), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 4. İvan Benites, 6. Slavko Georgievski, 10. Elvin Məmmədov.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov (k) (8. İnnosent Emeqara, 63), 9. Reynaldo Silva, 10. Muarem Muarem (77. Cavid Tağıyev, 63), 17. Vüqar Nadirov (99. Namiq Ələsgərov, 73), 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 18. İlqar Qurbanov, 41. Leroy Corc. 
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqə: Derlis Meza Kolli, 35 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Gülağa Cabbarov.
“İnter Arena”. 2000 tamaşaçı.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

9

5

3

1

14:8

18

2

İnter

10

4

5

1

20:4

17

3

Neftçi

9

5

2

2

9:8

17

4

Qəbələ

10

5

2

3

11:11

17

5

Simurq

10

7

2

4

15:10

14

6

Xəzər Lənkəran

10

4

2

4

13:10

14

7

Sumqayıt

10

4

0

6

12:16

12

8

Bakı

10

3

1

6

8:22

10

9

AZAL

10

2

5

3

11:15

10

10

Araz Naxçıvan

9

1

1

7

7:16

4

 

Bombardirlər

Rəşad Eyyubov (Simurq) - 6. Mikel Alvaro (İnter), Nurlan Novruzov (Bakı) - 5. Məhəmməd Qurbanov (Sumqayıt), Cavid Hüseynov (Qəbələ) - 4.


Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

29 May 2025
00:51

UEFA Konfrans Liqasının qalibi müəyyənləşdi

00:03

Azərbaycanın çimərlik güləşçiləri AÇ-də 3 medal qazandılar

28 May 2025
23:50

DÇ: 1/4 finalın bütün cütləri müəyyənləşdi

23:34

DÇ: Gürcüstan 1/4 finala yüksələ bilmədi

23:06

"Şamaxı"da növbəti ayrılıq - RƏSMİ

22:44

"Bu anı səbirsizliklə gözləyirəm" - Zidan Fransa yığmasından danışdı

22:07

DÇ: Çexiya 4 cavabsız qolla 1/4 finalda

21:40

"Traktor" baş məşqçisi ilə müqavilə yenilədi -RƏSMİ

21:15

"Fiorentina"nın baş məşqçisi istefa verdi - Bir neçə gün öncə müqavilə bağlamışdı

20:54

"Ümid edirəm ki, tortu gilənarla bəzəyəcəyik" - Lautaro Martines

20:17

Futbolçu faciəli şəkildə vəfat etdi

19:49

"Belə matçlarda iştirak etməyi uşaqlıqdan arzulayırsan" - Usman Dembele

19:06

DÇ: Növbəti 1/4 finalçı bilindi

18:49

"Şamaxı" tanzaniyalı yarımmüdafiəçi ilə anlaşdı - RƏSMİ

18:10

Pley-off qarşılaşmasını "Difai" qazandı

17:54

Slot ən yaxşı məşqçi seçildi

17:23

İsveçli əfsanə klubsuz qaldı

16:52

"Mbappedən Messinin üslubunda oynamağı xahiş etməyin" - Mişel Platini

16:11

"ASK Arena"da “Fair Play Matçı” keçirilib

15:57

"Çelsi" və "Betis" fanatları dalaşdılar

15:06

"Sabah"ın ilk finalı

14:55

"Qarabağ" Azərbaycan Kubokunun mütəq rekordçusudur

14:24

Pelleqrini "Çelsi"yə qarşı final oyunundan öncə belə danışdı

13:47

Gökhan Gönül istefa verdi

13:14

Özbəkistanın U-16 millisi Bakıya gəlib

12:39

"Həm Ukraynada, həm də Avropada kuboklar qazanmaq istəyimiz böyükdür" - Arda "Şaxtyor"a keçidini dəyərləndirdi

12:02

"Araz-Naxçıvan"da 2 yeni müqavilə - RƏSMİ

11:44

Avroliqanın qalibi "Bayern"in ulduzuna elçi düşdü - SON DURUM

11:15

Avropa çempionatı və Dünya Kuboku gələn il Azərbaycanda keçiriləcək

10:50

Murad Musayevli "Krasnodar" çempion heyətin 3 üzvü ilə vidalaşdı

10:19

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:58

Messi ilə Suares Uruqvayda klub yaratdılar

09:00

Minifutbol: Bu gün 1/8 final mərhələsinə yekun vurulacaq

08:00

28 May - Azərbaycanda Müstəqillik Günüdür

00:12

AFFA U-16 Liqasında mövsüm başa çatdı

27 May 2025
23:41

Yamal "Barselona" ilə yeni müqavilə bağladı - RƏSMİ

23:20

Arda Turanın yeni iş yeri bilindi - RƏSMİ

23:04

"Bir-iki saat qələbənin dadını çıxardıqdan sonra..." - Elşad Quliyev

22:58

DÇ: 1/4 finalın 4 iştirakçısı müəyyənləşdi

22:47

Yamal indikindən 3 dəfə çox qazanacaq - Məbləğ açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X