"Araz Naxçıvan" Premyer Liqanın X turunda "Qəbələ"ni qəbul edəcək. Fanat.az xəbər verir ki, hər iki komandanın baş məşqçisi start heyətlərini açıqlayıb.
"Araz Naxçıvan"ın çalışdırıcısı Əsgər Abdullayev ötən oyunlф müqayisədə "11-lik"də 5 dəyişiklik edib. Baş məşqçi qovulan futbolçular - Qərib İbrahimov və Ruslan Zubkovla yanaşı, zədəli Eşqin Quliyevi, həmçinin Tural Hümbətovla Tərlan Xəlilovu əvəzləyib. Onların yerinə Əlimirzə Daşzərini, Budaq Nəsirov, Ramal Hüseynov, Aqil Nəbiyev və David Canelidze ilk dəqiqələrdən meydana çıxmaq imkanı qazanıb.
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntanyu isə 3 dəyişikliyə əl atıb. Elvin Camalov, Markuinyos və Viktor Mendini ehtiyatda saxlayan rumın çalışdırıcı Ruslan Abışov, Yazalde Pinto və Ekiqo Ehiosuna start heyətində şans verib.
Fanat.az