Əsgər Abdullayev "Qəbələ" ilə oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Araz Naxçıvan”ın baş məşqçisi reallığı etiraf edib:
“Oyun barədə hər hansı bir sözüm yoxdu. Gücümüz budu. Premyer Liqaya vəsiqə qazandıqdan sonra heyəti yenə yerli futbolçulardan qurmağa çalışdıq. Premyer Liqanın hansı səviyyədə olduğunu bilirəm. Çempionatda bizim üçün oyunların çox çətin keçəcəyini dərk edirdim. Bizə elə futbolçular lazımdı ki, komandanı irəli apara bilsinlər. Mənim istəyim budu ki, Naxçıvan futbolu inkişaf etsin”.
Fanat.az