Aqil Məmmədov "Xəzər Lənkəran"la oyunla (1:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi məğlub komandasından razı qalıb:
"Məncə, iki fərqli hissə oldu. Uduzsaq belə, komandamdan razıyam. Bəxtimiz gətirmədi. Futbolda belə hallar mümkündü. Biz məğlubiyyətə layiq deyildik. Bütün bunlara rəğmən, “Xəzər Lənkəran”ı təbrik edirəm. “Qəbələ” ilə oyundan sonra sərt danışıb, cəzalanmışam. Burda nə var ki? Mən sözümü orda dedim. İndi nəsə münasibət bildirmək istəmirəm. Komandamızda hücumçu problemi var. Təkcə Məhəmməd Qurbanov ümidləri doğruldu. Mən ona güvənirəm".
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol