"Qarabağ"ın qələbə seriyası qırılıb. Fanat.az xəbər verir ki, Ağdam klubu ardıcıl 6-cı qələbəsini qazana bilməyib.
"Qarabağ" bundan əvvəl sonuncu dəfə VI turda "Bakı"ya qarşı keçirdiyi oyunda xal itirmişdi (2:2). Bundan sonra AZAL-ı (3:0), "Simurq"u (1:0), "Neftçi" (3:1), "Qəbələ"ni (2:0) və "Xəzər Lənkəran"ı (3:2) yenən ağdamlıların seriyası dünən "İnter"lə oyunda qırılıb. Meydandan 0:0 hesablı heç-heçə ilə ayrılan Qurban Qurbanovun yetirmələri 6-cı qələbəni qazana bilməyib.
Qeyd edək ki, ölkə çempionatları tarixində 16-cı dəfə 5 və daha çox qələbəni sıralayan Ağdam təmsilçisinin mütləq rekordu 9-a bərabərdi. 2010/11 mövsümündə ardıcıl 9 qələbə qazanan “Qarabağ” çempion olduğu ötən mövsümdə 7 görüşdə 3 xal qazansa da, seriyası qırılmışdı.
Fanat.az