"Neftçi" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Arif Əsədov Erik Ramosun xidmətindən məhrum olub.
Belə ki, paraqvaylı futbolçu cəzalı duruma düşüb. "Bakı" ilə oyunun 60-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Ramos vərəqə limitini doldurub. Bu səbəbdən o, XI turda AZAL-a qarşı oynamayacaq.
Qeyd edək ki, Ramos bundan əvvəl "Qarabağ" (VII tur), "Qəbələ" (VI) və "Simurq"la (IV) oyunlarda "sarı" almışdı.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol