Topaz Premyer Liqasının son turunda doğma arenada "Qəbələ"yə məğlub olan "Araz Naxçıvan"da daha bir istefa baş tutub. Fanat.az xəbər verir ki, oyundan sonra istefa verdiyini bildirən icraçı direktor Orxan Cabbarovun ərizəsinə baxılıb.
Bu gün rəhbərlik tərəfindən ərizəyə cavab verilib və Orxan Cabbarovun istefa ərizəsi qəbul edilib. Onun yerini kimin tutacağı hələ məlum deyil.
Fanat.az