20:42 19.07.2017 766

Ayxan Abbasov: "Təslim olmamışıq"

“Bizi sabah çətin oyun gözləyir. Səfərdə istəmədiyimiz məğlubiyyəti aldıq”. Bunu “Zirə”nin baş məşqçisi Ayxan Abbasov deyib.

 

Paytaxt təmsilçisi UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində səfərdə 1:3 hesabı ilə məğlub olduğu Rumıniya klubu “Astra”nı sabah öz meydanında qəbul edəcək.

 

Qarşılaşmadan əvvəl təşkil edilən mətbuat konfransında Abbasov fikrini bu sözlərlə davam etdirib: “İnanırdıq ki, ordan yaxşı nəticə ilə gələ bilərik. Təəssüf ki, gözləmədiyimiz qollar buraxdıq. Avroliqada bizim üçün hələ ikinci 90 dəqiqə irəlidədi. İnanırıq ki, azarkeşlərin dəstəyi ilə bunun öhdəsindən gələ biləcəyik”.

 

- Belə oyunlarda əsas yük baş məşqçinin üzərinə düşür. Komandanı psixoloji cəhətdən hazırlaya bilmisiniz?

- Bizə qol lazımdı. Amma bunun üçün ilk dəqiqədən hücuma atılmaq olmaz. Qol buraxmayana qədər şansımız davam edir. “Astra” ilə matçdan dərhal sonra uşaqlara dedim ki, iki çətin səfər oyunu keçirdik. Buna görə də ruhdan düşməməyi tapşırdım. Bu həftə oyunçularla psixoloji söhbətlər oldu.

 

- “Astra” “Zirə”ni standart vəziyyətlərdə qabaqladı. Buna məlhəm varmı?

- Biz “Astra”nın oyununu təhlil edəndə standart imkanlardan yaxşı istifadə etdiklərini bilirdik. Diqqətsizlik oldu. Bir anda buraxılan səhvləri bağışlamadılar. Çünki onların təcrübəsi daha yaxşıdı. Standart vəziyyətlər üzərində çalışmışıq. Bizdə də yeni oyunçular var. Qışdakı toplanışda da eyni situasiya ilə qarşılaşmışdıq. Oyundan-oyuna vəziyyəti düzəltdik. İnanırıq ki, yenə belə olacaq.

 

- Cavab matçında taktiki dəyişiklik olacaqmı?

- Rəqibi indi daha yaxşı tanıyırıq. Yayda onların heyətində dəyişikliklər olmuşdu. Yeni kollektivin nəyə qadir olduğunu tam bilmirdik. “Astra” bura gəlməzdən əvvəl çempionat matçına çıxdı. Onlar haqda indi daha geniş məlumatımız var. Zəif və üstün cəhətlərini bilirik. Sırf taktiki məşqlər üzərində çalışmışıq. Son dəqiqəyə qədər çalışacağıq şansımız davam etsin.

 

- Start heyətini müəyyənləşdirmisiniz?

- Bəli, müəyyənləşdirmişəm. İki gündü həmin heyətlə çalışırıq. Sabah kimin meydana çıxacağını bilirik.

 

- “Astra”nı keçmək real görünürmü?

- “Astra” yaxşı rəqibdi. Ammma keçilməyəcək komanda deyil. “Zirə”nin bu gün buna gücü çatır. Gücü çatmasaydı, bunu etiraf edərdim. İlk görüşdəki çıxışla da bunu göstərdik. Biz təslim olmamışıq. Bu turnirdə ilk dəfədi çıxış edirik. Bəzi oyunçularımız da belə yarışlarda debüt edirdilər. Amma sonra qədər mübarizəmizi aparacağıq. (Apasport.az)


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

11 phrase_var_core.may 2025
02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

02:09

İtaliya A Seriyası: "Yuventus" son dəqiqə qolu ilə yıxıldı

01:50

İspaniya La Liqası: "Atletiko" qələbəni darmadağınla qazandı

00:53

Türkiyə Super Liqası: "Qalatasaray" Trabzon səfərindən 3 xalla ayrıldı

00:31

Almaniya Bundesliqası: "Bayern Münhen"dən inamlı qələbə

10 phrase_var_core.may 2025
23:56

İPL: “Mançester Siti” "Sauthempton"la bacarmadı

23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

09 phrase_var_core.may 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

phrase_var_core.fb
X