Topaz Premyer Liqasında XI turun hakim təyinatları açıqlanıb. Fanat.az xəbər verir ki, turun açılış matçı olacaq "Qəbələ" - "Bakı" görüşünü FIFA referisi Rəhim Həsənov idarə edəcək.
Digər beynəlxalq dərəcəli hakim Əliyar ağayev paytaxt derbisində - "Neftçi" - AZAL görüşündə fit çalacaq. "Xəzər Lənkəran" - "Simurq" oyununda ədaləti Ömər Paşayev qoruyacaq.
"Qarabağ" - "Araz Naxçıvan" matçını sabiq FIFA referisi Vüsal Əliyev, "Sumqayıt" - "İnter" görüşünü Orxan Məmmədov idarə edəcək.
2 noyabr
Qəbələ - Bakı
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Qəbələ şəhər stadionu. Saat 15.30.
Sumqayıt - İnter
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
"Kapital Bank Arena”. Saat 16.00.
Xəzər Lənkəran - Simurq
Hakimlər: Ömər Paşayev, İsgəndər Əliyev, Elşən Acalov, Feyzulla Feyzullayev.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Əli Hüseynov.
"Xəzər Lənkəran" mərkəzi stadionu. Saat 17.00.
Neftçi - AZAL
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
"Bakcell Arena". Saat 17.15.
Qarabağ - Araz Naxçıvan
Hakimlər: Vüsal Əliyev, Azər Əsgərov, Vüsal Qənbərov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 19.30.
Fanat.az