16:13 31.10.2014 486

10-cu turun taktiki mənzərəsi

Qurbanovun gedişi uğursuz deyildi

Meydana tam heyətlə, ənənəvi düzümlə çıxan “Qarabağ”da yalnız təcrübəli mərkəz müdafiəçisi Rəşad Sadıqovun yoxluğu diqqət çəkirdisə, Kaxaber Tsxadadze gecle rəqiblə oyunda 5-4-1 taktiki sxemindən faydalanmışdı. 0-0 hesabıyla bitən matçın hər iki hissəsinin əvvəllərində daha fəal görünən “İnter” müdafiəyə böyük diqqət ayırmışdı. Tsxadadzenin bütün əvəzləmələri “yeni nəfəs” xarakterliydisə, Qurban Qurbanov 63-cü dəqiqədən komandasının hücum potensialını artırmağa hesablanmış addım atdı. Müdafiəyəmeyilli Namiq Yusifovu  İnnosent Emeqara ilə dəyişən mütəxəssis bunadək oyun qurucusu ampluasında top qovan Riçard Almeydanı bir qədər geri çəkərək Reynaldonun qalan dəqiqələrdə onun yerində oynamasını istədi. Belədə “nizənin sivri ucu”nda qərarlaşan Emeqara rəqibə cərimə meydançasında təzyiq etməli,  “gizli forvard” funksiyasını yerinə yetirən Reynaldo topla daha sərbəst rəftar etmək şansı qazanmalıydı. Əslində Qurbanovun gedişinin uğursuz alındığını söyləmək olmaz. Emeqaranın real qol vəziyyəti oldusa, Reynaldo iki dəfə cərimə meydançasına soxulmaq fürsəti yaxaladı. Lakin İnnosentin zərbəsinindən sonra Səlahət Ağayev topun yaxın küncdən toru silkələməsinə əla reaksiya ilə imkan vermədi.  “9 nömrə” isə vaxtında ötürmə vermək əvəzinə, artıq hərəkərlərlə hər iki imkanı boşa “xərclədi”.

Oyuna görə nəticə

Ötən tur öz meydanında “Bakı”ya uduzan AZAL bu dəfə xarakter göstərdi. Birforvardlı (ölkə çempionatında ən çox istifadə edilən 4-2-3-1) taktiki sxemdən yararlanan tərəflər hesab 1:1 olandan sonra bərabərliyə razılaşmış kimi görünürdü. 80-ci dəqiqədə gələn qol isə “təyyarəçilər”in geri çəkilməsini, “Simurq”un təzyiqi artırmasını şərtləndirdi. Əli Gökdəmirin uzatma dəqiqələrində təxminən 30 metrdən Ronaldosayağı qola imza atması oyunun ədalətli nəticəsini təmin etdi. Yeri gəlmişkən Georgi Çixradze yalnız 90-cı dəqiqədə riskə gedərək müdafiəçi Rüstəm Məmmədovu gənc forvard Oruc Balaşlıya əvəzlədi və bununla da başlanğıcdakı 4-5-1-i 3-5-2-yə çevirmiş oldu. Təzyiqin qayda pozuntusu, qayda pozuntusunun bərabərlik qoluyla nəticələndiyini unutmayaq.

Soltanov dirəyi nişan almasaydı...

Bu dəfə minimal hesablı yenilgiyə üzülən Əsgər Abdullayevin komandası oyunun əvvəllərindən “dişsiz” görünürdü. Bərbad ot örtüyünün yaratdığı əlavə problemləri aradan qaldırmağa can atan “Qəbələ”nin hücumların çoxunu hava ötürmələri ilə qurması isə başadüşülən idi. 20-ci dəqiqədə hesabı açaraq işini rahatlaşdıran Dorinel Muntyanunun komandası yalnız hissənin sonlarında rəqibin təzyiqini etdi. İkinci yarının sonları , dəqiqləşdirsək, Ruslan Nəsirlinin 75-ci dəqiqədə oyuna qoşulmasından sonra naxçıvanlılar daha kəsərli həmlələr təşkil etməyə başladı ki, bu da qəbələlilərə də açıq futbol oynamaq imkanı yaradırdı. Bəxtiyar Soltanov dirəyi nişan aldığı epizodda hədəfə düşsəydi, Əsgər Abdullayevin Sergey Selyuk – Nəsirli dəyişikliyi effektli sayılacaqdı.

 “Döyüşüb ölən” “Sumqayıt”

Fernando Qabrielin hesabı açdığı 26-cı dəqiqəyə qədər meydanda bir komanda var idi: “Xəzər Lənkəran” ! Qoldan sonra qonaqlar nisbətən sakitləşdi və özünə gələn “Sumqayıt”öz meydanında uduzmaq fikrində olmadığını hissənin sonlarında göstərdi – 1:1. Bunadək zəif təsir bağışlayan Orxan Əliyevin Təvəkkül Məmmədovla əvəzlənməsinin də “gənclik şəhəri” təmsilçisinin fəallaşmasına yol açdığını xatırlatmalıyıq. Fasilədən sonra “Sumqayıt” “gəmiçilər”i oyunuyla çaş-baş saldı desək, yanılmarıq. 60-cı dəqiqəyə qədər iki real qol imkanını qaçıran meydan sahiblərinin baş məşqçisinin oyunu “oxuduğu” və fasilədə yetirmələrinə düzgün tapşırıqlar verdiyi sezilirdi. Alfred Sankonun vurduğu qələbə qolu, Sadio Tounkaranın tiri silkələməsi öz yerində, Fərid Quliyevin 72-ci dəqiqədə boşa verdiyi fürsət yerli tərəfdarları üzməyə bilməzdi. Hə, kapitan Ruslan Poladovun uzatma dəqiqələrində dirəyi nişan alması gözəl mübarizənin zirvə nöqtəsi idi.

NİHAT, “Futbol+”

   Turun taktiki mənzərəsi

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

09:00

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

Facebookdan bizi izləməyi unutmayın.
X