“Hələ meydanı görməmişəm. Məncə, ot örtüyü sarıdan problem olmaz". Fanat.Az xəbər verir ki, bu sözləri Avroliqanın II təsnifat mərhələsinin cavab oyununda səfərdə Polşa “Yagelloniya”sı ilə üz-üzə gələcək "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Ukraynalı əlavə edib: “Stadion da, paltardəyişmə otağı da peşəkar komandanın qonağı olacağımızdan xəbər verir. Ümumi futbol
ab-havası ürəyimcədi. Şansımız varsa, deməli, istifadə etməliyik. biz onu həyata keçirməyə çalışacağıq. Əslində şansımızın cüzi olduğunu da düşünmürəm.Komandamızda ciddi problem yoxdu. Heyətlə bağlı hər şey qaydasındadı. Bir sözlə, oyuna hazırıq. Sabah meydana buraxacağımız start heyəti barədə dəqiq nəsə deməyəcəm. Bir neçə variantımız var. İlk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb. Uğur qazanmaq istəyiriksə, qol vurmalıyıq. Ona görə də hücumlar quracağıq. Evdəkindən daha yaxşı, aqressiv oynamaq istəyirik. Buna gücümüz çatar”.
Fanat.Az