16:50 20.07.2017 957

Azər Məmmədov: "Məni Premyer Liqada nəyin gözlədiyini bilirəm"

“Kəpəz”in yeni transferi Azər Məmmədovun klubun rəsmi saytına müsahibə verib.

 

Fanat.Az həmin müsahibəni təqdim edir:

 

- Azər, “Kəpəz”ə keçidin necə alındı? Əvvəlcə bunu öyrənmək istərdik.  

- Baş məşqçimiz Şahin Diniyev birinci divizionda “Turan Tovuz”un heyətində oyunlarıma baxıb və bəyənib. Mövsüm yekunlaşanda Gəncə klubundan təklif aldım. “Kəpəz” ölkənin ən köklü klublarından biridir. Komandanın böyük tarixi və güclü azarkeş dəstəyi var. Gəncədə insanlar futbolu çox sevirlər və bu, futbolçu üçün böyük məsuliyyətdir. Bu mənada “Kəpəz”in şərəfini qorumaq böyük şərəfdir.

Onu da qeyd edim ki,  “Kəpəz”də bir çox tovuzlu futbolçu oynayıb. Məsələn, Müzəffər Qasımov, gənc yaşlarında Gəncəyə gəlib və bu komandanın kapitanına qədər yüksəlməyi bacarıb. Milli çempionatlarda oynayanlardan isə Nizami Sadıqov, Hüseyn Məhəmmədov, Sakit Alıyev və digərlərinin adını çəkmək olar. Onlar “Kəpəz”ə layiqli şəkildə xidmət ediblər, komanda ilə uğur qazanıblar. Bunu unutmaq olmaz. Mən də bu yolun davamçısı olmaq istəyirəm. “Kəpəz”ə uğur qazanmağa gəlmişəm. Özümü klubda yad hiss etmirəm. Tovuz və Gəncə komandaları arasında tarixi rəqabət olsa da, “Kəpəz” də bizə doğmadır. Yəqin ki, azarkeşlər bu kollektivlər arasındakı maraqlı və gərgin oyunları unutmayıblar. Qərb derbisi deyəndə ilk yada düşən “Kəpəz” – “Turan” qarşıdurması olur.   

 

- Yeri gəlmişkən, “Kəpəz”də səninlə yanaşı, daha iki tovuzlu çıxış edəcək. Onlar haqda nə deyə bilərsən?

- İlkin Sadıqov və Ruzi Qiyaslı da bu komandaya kömək etmək, xeyrli oyunçu olmaq üçün gəlib. Onlar da mənim kimi “Kəpəz”ə məqsədlərini həyata keçirməkdə yardımçı olacaqlar. Buna inanıram. Şahin Diniyev və klub rəhbərliyi tərəfindən bizə böyük etimad göstərilib, inamı doğrultmalıyıq. Meydançada komandamızın uğur qazanması üçün canımızı qoyacağıq. Azarkeşlər buna əmin ola bilərlər. “Kəpəz”ə gələndə də tovuzlu veteran futbolçuların keçidimizə münasibəti yaxşı oldu. Gəncə futbolunun böyük məktəb olduğunu, Azərbaycana böyük oyunçular bəxş etdiyini bildirdilər. Elə tovuzlu azarkeşlər də “Kəpəz”ə gəlişimizə laqeyd deyillər. Çox güman ki, onlar bizləri izləmək üçün Gəncəyə gələcəklər. Çünki indidən komanda haqda maraqlanmağa başlayıblar.

 

- Uzun aradan sonra elitada çıxış edəcəksən. Mübarizəyə hazırsan?

- Bəli, hazıram. Məni Premyer Liqada nəyin gözlədiyini bilirəm. Rəqabətdən, mübarizə aparmaqdan heç vaxt çəkinməmişəm. Əksinə, rəqabət olan yerdə inkişaf var.

 

- Tovuzda olduğu kimi “Kəpəz”ində ən güclü tərəflərindən biri onun azarkeşləridir. Futbolsevərləri oyununuzla razı sala biləcəksiz?

- Buna yorulmadan çalışacağıq. Gəncə azarkeşləri tələbkardırlar, daim nəticə istəyirlər. Onları sevindirmək bizim borcumuzdur. Tək mən yox, bütün kollektiv bunu yaxşı dərk edir. Bunun üçün var gücümüz ilə mübarizə aparacağıq. İnanıram ki, yaxşı nəticələr əldə edəcəyik. Mehriban, döyüşkən və nəticə qazanmağa qadir olan kollektivimiz var.  

 

- “Kəpəz” son iki mövsümdə Avropa Liqası üçün mübarizə aparıb. Yəqin ki, komanda bu il də eyni hədəf uğrunda yarışacaq. Buna nail ola biləcəyik?

- Komandanın nəticələri ilə tanışam. Son mövsümdə klubun qitə miqyaslı turnirə qatılmaq şansı yüksək idi. Sadəcə, bəzi oyunlarda idman xoşbəxtliyi “Kəpəz”in tərəfində olmadı. Bu il də bizim üçün asan olmayacaq. Çünki çemponat yenə gərgin keçəcək. Bununla belə biz məqsədimizdən geri çəkilməyəcəyik. İnşallah, təlim-məşq toplanışlarından sonra istənilən formanı yığa biləcəyik və iddialılarla rəqabətə tam hazır olacağıq.

 

- Ərzurumdakı hazırlıq prosesi necə gedir?

- Toplanış istənilən səviyyədə təşkil olunub və hazırlığımız plan üzrə normal davam edir. Futbolçu hazırlıq prosesində öz üzərində işləməli, çatışmayan cəhətlərini aradan qaldırmalıdır. Biz də buna çalışırıq. Çəkdiyimiz əziyyətin bəhrəsini çempionatda görəcəyik. İndi lazımınca məşq etməsək, sonra komandaya çətin olar. Bir də ki, hamıya zədəsiz məşqlər və oyunlar arzulayıram.

 

- Komanda Türkiyədə üç yoxlama oyunu keçirəcək. Bakıda isə siz iki sınaq görüşünə çıxdız. Bu matçlar ilə bağlı fikirlərin necədir?

- Həm “Bakı”, həm də “Neftçi”yə qarşı oyunlar maraqlı alındı. Meydanda güzəştsiz mübarizə vardı. Hər iki oyunda qələbə qazanmağımız hələ hazırıq demək deyil. Hər şey irəlidədir.

 

- Bu oyunlarda fərqli mövqelərdə yer aldın. Çətin olmadı ki?

- “Bakı” ilə ilk oyunda dayaq yarımmüdafiəçisi mövqeyində çıxış etdim. “Turan Tovuz”da son mövsüm bu ampluada oynamışam. Sabiq klubumda müdafiədən oynamağıma baxmayaraq daim hücumların təşkilində aktiv iştirak etdim, qollar vurdum, məhsuldar ötürmələr verdim. “Neftçi” ilə görüşdə isə sağ cinah yarımmüdafiəçisi kimi oynadım. Baş məşqçi hansı mövqedə istəsə, orada da mübarizə aparacağam. Əsas harda oynamaq yox, komandaya yararlı olmaqdır.  


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

26 May 2025
09:00

La Liqanın ən yaxşısı bilindi - Mbappe ikinci, Vinisius altıncıdır

01:22

İspaniya La Liqası: Son oyunda "Barsa" da "partladı", "Atletiko" da

01:10

"Fənərbağça" Avroliqanın qalibi oldu

01:04

İtaliya A Seriyası: 2024/2025 mövsümü yekunlaşdı

00:33

Türkiyə Super Liqası: "Beşiktaş" öz meydanında uduzdu

00:23

DÇ: Türkiyə millisi qrupdan çıxa bilmədi

25 May 2025
23:40

İPL: 2024/2025 mövsümünə yekun vuruldu

23:08

Baxşıyevə müqavilə təklif edilməyib: "Burada olsam da, olmasam da..."

22:48

"Klub rəhbərliyinin futbolu bu qədər sevməsi bizi sevindirir" - Rəşad Sadıqov

22:24

"Mançester Yunayted" 3 futbolçusu ilə əməkdaşlığa son qoydu - RƏSMİ

21:39

"Rəqiblər bizə qarşı müdafiədən oynayırlar" - Elşad Quliyev

21:28

MPL-də mövsüm bitdi: Qərb derbisində darmadağın, "Zirə" "Araz-Naxçıvan"ı yendi

20:43

Azərbaycan triatlonçularından "qızıl" və "gümüş"

20:26

DÇ: Azərbaycan millisi qrup lideri qismində 1/8 finala yüksəldi

19:37

Kurban Berdiyev 4:0-ı belə dəyərləndirdi

19:09

Azər Bağırov "Kəpəz"dən getdi: "Oyunun nəticəsi başlamamışdan bəlli idi"

18:22

Ançelotti "Real"da qazandığı mükafatları nümayiş etdirdi - FOTO

17:56

Azərbaycan millisi Avropa Superfinalına vəsiqə qazandı

17:28

Amorim Fernandeşin MY-dən gedəcəyi ilə bağlı məlumatlara belə münasibət bildirdi

16:39

AFFA U-17 Qızlar Liqasının qalibləri mükafatlandırıldı

16:13

"Şamaxı"nın kapitanı karyerasını bitirdi

15:56

Xulian Alvaresin taleyinin necə olacağı bilindi

15:25

"Sumqayıt" rekordunu təkrarladı

14:52

De Bröynenin yeni klubu da açıqlandı, maaşı da

14:09

"Real Madrid" Alonsonun baş məşqçi postuna təyinatını açıqladı

13:51

"Milan"ın 75 milyonluq ulduzu İngiltərə nəhəngi ilə danışıqlara başladı

13:04

Erik ten Haq sabah yeni klubu ilə müqavilə bağlayacaq

12:39

Azərbaycanın veteran cüdoçularından AÇ-də daha 2 medal

12:16

Messi Ronaldinyonu geridə qoydu

11:54

Bakıda UEFA-nın dəstəyi ilə futbol festivalı keçirildi

11:07

ÇL-in qalibi Xaviyə rəsmi təklif göndərdi

10:47

Azər Salahlı yubiley matçına çıxıb

10:24

"Qarabağ" rekordunu təkrarladı

09:42

Günün oyunları bu kanallarda - AFİŞA

00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

Facebookdan bizi izləməyi unutmayın.
X