21:20 02.11.2014 553

"Qarabağ"la "Neftçi" 4, "XL" 2 topla qazandı

Topaz Premyer Liqasında XI turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, ötən turda olduğu kimi, bütün qarşılaşmalar eyni gündə baş tutub və 5 müxtəlif saatda başlayıb.

Günün ilk oyununda "Qəbələ" evdə autsayderlər qrupunda yer almış "Bakı"nı sınağa çəkib. Hesabı 5-ci dəqiqədə Dodo açıb. "Qəbələ" buna Nuran Qurbanov qolu ilə cavab verib. "Qəbələ"nin yetirməsi olan futbolçu doğma komandasını ilk yarının son dəqiqəsində cəzalandırıb. İkinci hissədə qol vurulmayıb və komandalar hərəyə bir xal qazanıb - 1:1. Qeyd edək ki, 90-cı dəqiqəqə "Bakı"dan Elşad Manafov qırmızı vərəqə alıb. 

Günün ikinci oyununda "İnter" "Sumqayıt"ın qonağı olub. İlk dövrədə bu rəqib üzərində 5:1 hesablı qələbə qazanan "bankirlər" ardıcıl 4-cü oyunda meydanı qolsuz heç-heçə ilə tərk ediblər - 0:0. Bu "İnter"in ardıcıl 5-ci heç-heçəsi olub.

Lənkəranda prinsipial matç baş tutub və ilk dövrədə "Simurq"a 0:2 hesabı ilə yenilən "Xəzər Lənkəran" zaqatalalılarla qisas matçına çıxıb. Hesabı 38-ci dəqiqədə qonaq komandadan İdan Vaytsman açsa da, iki dəqiqə sonra Sadio Tounkara bərabərliyi təmin edib. 60-cı dəqiqədə avtoqola imza atan Benjamin Lambot "Xəzər Lənkəran"a 2:1 hesablı qələbə qazanıb.

Turun digər bir matçında "Neftçi" AZAL-ı qəbul edib. Paytaxt derbisində hesab 10-cu dəqiqədə açılıb. Eltun Yaqublu avtoqol müəllifi olaraq AZAL-ı məyus edib. 38-ci dəqiqədə Denis Silva fərqi artırıb. 71-85-ci dəqiqələrdə dubl edən Nikolas Kanales isə "Neftçi"yə 4:0 hesablı qələbə qazanıb. 82-ci dəqiqədə qırmızı vərəqə alan Luis Ramos meydandan qovulub.

Tura "Qarabağ" - "Araz Naxçıvan" oyunu ilə yekun vurulub. Hesabı 15-ci dəqiqədə Muarem Muarem açıb. 34-cü dəqiqədə İnnosent Emeqara fərqlənib. 50-ci dəqiqədə Reynaldo Silva fərqi 3 topa çatdırıb. 12 dəqiqə sonra penaltidən dublunu rəsmiləşdirən braziliyalı komandasının 4:0 hesablı qələbəsini təmin edib.

Premyer Liqa
2014/15 mövsümü
II dövrə, XI tur

2 noyabr
Qəbələ - Bakı 1:1
Qollar: Dodo, 5 - Nuran Qurbanov, 45.
Qəbələ: 1. Kamran Ağayev (k), 4. Elvin Camalov (15. Ruslan Abışov, 57), 10. Dodo, 14. Cavid Hüseynov, 16. Ruslan Tağızadə, 21. Yazalde Pinto, 25. Adrian Ropotan (9. Viktor Mendi, 73), 26. Pavol Farkaş, 44. Rafael Santos, 88. Müşfiq Teymurov, 90. Ekiqo Ehiosun (11. Andrey Kristea, 86).
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 8. Markuinyos, 12. Aleksandru Benqa.
Baş məşqçi: Dorinel Muntyanu.
Bakı: 1. Aqil Məmmədov, 5. Georgios Palagios, 6. Vüqar Bəybalayev, 7. Nuran Qurbanov (15. Azad Kərimov, 89), 8. Lukas Mario Horvat (k), 11. Tural Qürbətov (20. Valeh Seyidov, 90+2), 18. Əziz Quliyev, 22. Risto Ristoviç (45. Mahir Mədətov, 75), 21. Elşad Manafov, 30. Cəmşid Məhərrəmov, 85. Jaba.
Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 4. Ülvi Süleymanov, 9. Raul Yaqubzadə, 55. Aydın Mustafazadə.
Baş məşqçi: İbrahim Uzunca.
Sarı vərəqələr: Elvin Camalov, 28 (sistematik qayda pozuntusu). Adrian Ropotan, 41 (qeyri-idman hərəkəti). Ruslan Tağızadə, 45+1 (hakimə etiraz etdiyinə görə). Ruslan Abışov, 86 (qeyri-idman hərəkəti) - Lukas Mario Horvat, 10 (qeyri-idman hərəkəti). Elşad Manafov, 25 (qeyri-idman hərəkəti); 90 (qeyri-idman hərəkəti). Vüqar Bəybalayev, 50 (qeyri-idman hərəkəti). Jaba, 90+3 (hakimə etiraz etdiyinə görə).
Qırmızı vərəqə: Elşad Manafov, 90.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Qəbələ şəhər stadionu. 1000 tamaşaçı.

Sumqayıt - İnter 0:0
Sumqayıt: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 7. Ruslan Poladov (k), 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov (45. Murad Ağayev, 68), 77. Təvəkkül Məmmədov, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 8. Ceyhun Cavadov, 9. Orxan Əliyev, 11. Kiyan Sultanpur, 17. Ramazan Abbasov, 86. Fərid Quliyev.
Baş məşqçi: Aqil Məmmədov.
İnter: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 8. Mikel Alvaro (11. Asif Məmmədov, 61), 12. Junior Nildo, 15. Yohan Bokanyano (10. Elvin Məmmədov, 72), 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 80. Nizami Hacıyev (27. Dieqo Madriqal, 78), 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 4. İvan Benitez, 6. Slavko Georgievski, 7. Abdulla Abatsiyev.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Sarı vərəqələr: Aleksandr Çertoqanov, 43 (qeyri-idman hərəkəti) - Coşqun Diniyev, 61 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
"Kapital Bank Arena”. 1500 tamaşaçı.

Xəzər Lənkəran - Simurq 2:1
Qollar: Sadio Tounkara, 40. Benjamin Lambot, 60 (avtoqol) - İdan Vaytsman, 38.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo, 6. Rəşad Sadiqov, 7. Sadio Tounkara (22. Əfran İsmayılov, 90), 8. Qalin İvanov (97. Elnur Cəfərov, 59), 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 27. Manuel Skarlatake, 33. Rasim Ramaldanov, 63. Alfred Sanko (10. Elnur Abdullayev, 56).
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 13. Aleksandr Şemonayev, 28. Fernando Qabriel, 99. Deyan Blajevski.
Baş məşqçi: Oğuz Çətin.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 5. Vadim Abdullayev (25. Oruc Balaşlı, 75), 6. Samir Zərgərov, 10. Rəşad Eyyubov (15. Stepan Polyak, 61), 11. Draqan Çeran, 14. Vüqar Mustafayev, 18. Tural Axundov (13. Ali Gökdemir, 28), 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 8. Patrik Osiako, 9. Lukaş Tresnak, 33. Kənan Müslümov.
Baş məşqçi: George Çixradze.
Sarı vərəqələr: Qalin İvanov, 12 (qeyri-idman hərəkəti). Manuel Skarlatake, 87 (oyunun bərpasını ləngitdiyinə görə). Rasim Ramaldanov, 90+4 (qeyri-idman hərəkəti) - Tural Axundov, 9 (qeyri-idman hərəkəti). Rəşad Eyyubov, 31 (qeyri-idman hərəkəti). Vadim Abdullayev, 34 (qeyri-idman hərəkəti). Ali Gökdemir, 79 (hakim qərarına etiraz). İdan Vaytsman, 89 (qeyri-idman hərəkəti).
Hakimlər: Ömər Paşayev, İsgəndər Əliyev, Elşən Acalov, Feyzulla Feyzullayev.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Əli Hüseynov.
"Xəzər Lənkəran" mərkəzi stadionu. 5000 tamaşaçı.

Neftçi - AZAL 4:0
Qollar: Eltun Yaqublu, 10 (avtoqol). Denis Silva, 38. Nikolas Kanales, 71; 85.
Neftçi: 1. Emil Balayev, 2. Karlos Kardozo, 3. Denis Silva, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev (8. Elşən Abdullayev, 65), 9. Flavinyo (k), 10. Julius Vobay (21. Samir Məsimov, 75), 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov, 27. Məqsəd İsayev, 90. Erenst Nfor (11. Nikolas Kanales, 57).
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 17. Nicat Qurbanov, 23. Ruslan Qurbanov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Arif Əsədov.
AZAL: 1. Ruslan Məcidov, 4. Laşa Kasradze, 5. Kərim Diniyev, 6. Eduardo Konseysao (7. Təmkin Xəlilzadə, 89), 10. Tomi Kostadinov (11. Con Kordoba, 57), 12. Luis Ramos, 13. Şəhriyar Rəhimov, 15. Oskar Klava, 20. Freddi Mombonqo, 22. Eltun Yaqublu (21. Novruz Məmmədov, 89), 27. Rəşad Abdullayev (k).
Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 3. Xuan Fransisko, 14. Asif Mirili, 25. Adil Nağıyev.
Baş məşqçi: Tərlan Əhmədov.
Sarı vərəqələr: Elşən Abdullayev, 73 (qeyri-idman hərəkəti) - Luis Ramos, 80 (sistematik qayda pozuntusu); 82 (qeyri-idman hərəkəti), 82; Con Kordoba, 84 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Luis Ramos, 82.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
"Bakcell Arena". Saat 17.15.

Qarabağ - Araz Naxçıvan 4:0
Qollar: Muarem Muarem, 15. İnnosent Emeqara, 34. Reynaldo Silva, 50; 62-pen.
Qarabağ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev (20. Riçard Almeyda, 46), 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 8. İnnosent Emeqara, 9. Reynaldo Silva (17. Vüqar Nadirov, 62), 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k) (77. Cavid Tağıyev, 72), 18. İlqar Qurbanov, 33. Şəhriyar Əliyev, 41. Leroy Corc.
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 24. Admir Teli, 99. Namiq Ələsgərov.
Baş məşqçi: Qurban Qurbanov.
Araz Naxçıvan: 85. Kamal Bayramov (k), 3. Əlimirzə Daşzərini, 6. Budaq Nəsirov (5. Cavid Həsənov, 57), 7. Ramal Hüseynov, 8. Elmin Çobanov (4. Emin Cəfərquliyev, 46), 11. Sergey Selyuk (21. David Canelidze, 46), 13. Aqil Nəbiyev, 16. Kamil Hüseynov, 17. Bəxtiyar Soltanov, 19. Tərlan Xəlilov, 24. Azər Məmmədov.
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 2. Tural Hümbətov, 15. Ruslan Nəsirli, 44. Saşa Yunisoğlu.
Baş məşqçi: Əsgər Abdullayev.
Sarı vərəqələr: Şəhriyar Əliyev, 52 (qeyri-idman hərəkəti). İlqar Qurbanov, 59 (qeyri-idman hərəkəti) - Əlimirzə Daşzərini, 32 (qeyri-idman hərəkəti). Cavid Həsənov, 89 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Azər Əsgərov, Vüsal Qənbərov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Tofiq Bəhramov adına Respublika stadionu. 250 tamaşaçı.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

10

6

3

1

18:8

21

2

Neftçi

10

6

2

2

13:8

20

3

İnter

11

4

6

1

20:4

18

4

Qəbələ

11

5

3

3

12:12

18

5

Xəzər Lənkəran

11

5

2

4

15:11

17

6

Simurq

11

4

2

5

16:12

14

7

Sumqayıt

11

4

1

6

12:16

13

8

Bakı

11

3

2

6

9:23

11

9

AZAL

10

2

4

4

9:17

10

10

Araz Naxçıvan

10

1

1

8

7:20

4

 

Bombardirlər

Rəşad Eyyubov (Simurq) - 6. Mikel Alvaro (İnter), Nurlan Novruzov (Bakı), Məhəmməd Qurbanov (Sumqayıt) - 5. Reynaldo Silva (Qarabağ), Cavid Hüseynov (Qəbələ) - 4.


Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
13:20

Azərbaycanın U-18 yığması AÇ-niun pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

09:00

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

Facebookdan bizi izləməyi unutmayın.
X