Milli komandanın Norveçlə keçirəcəyi oyunla bağlı Topaz Premyer Liqasında yaranan fasilə zamanı "Sumqayıt" yoxlama görüşü keçirəcək. Fanat.az xəbər verir ki, "Gənclik şəhəri"nin təmsilçisi ötən mövsümün bürünc mükafatçısı "Qəbələ" ilə qarşılaşacaq.
Qarşılaşma noyabrın 12-də baş tutacaq.
Qeyd edək ki, XI turda "İnter"lə qarşılaşmadan sonra istirahətə buraxılan "Sumqayıt" noyabrın 7-də yığışacaq.
Fanat.az