"Transfer pəncərəsi" dönəmində nələr olacağını demək çətindi. Mən bu günlə, sabahkı məşqlə yaşamağa alışmışam". Fanat.az xəbər verir ki, bu sözləri hazırda Rusiyanın "Mordoviya" klubuna başçılıq edən Yuri Syomin deyib.
"Qəbələ"nin sabiq baş məşqçisi "Evrofutbol"a açıqlamasında Azərbaycan klubundan Dodonu yeni komandasına aparmaqla bağlı sualı cavablandırıb: "Bu futbolçu müxtəlif mövqelərdə oynaya bilir. O, öz səviyyəsinə görə istənilən Rusiya klubuna fayda verə bilər".
Syomin "Qarabağ"da Rusiya çempionatında oynaya biləcək 3-4 futbolçunun olduğunu deyib: "Azərbaycanda yüksək səviyyəli futbolçular çoxdu. Məsələn, "Qarabağ"da çıxış edən 3-4 futbolçu mənim fikrimcə, Rusiyanın istənilən komandasında oynaya bilər. Buna əmin olmaq üçün "Qarabağ"ın Milan "İnter"i ilə oyununa baxmaq kifayətdi".
Fanat.az