"Qəbələ" Ruslan Əmircanova qovuşub. Fanat.az xəbər verir ki, millinin müdafiəçisi zədəsini tam olaraq sağaldıb.
Artıq Ruslan toplu məşqlərə başlayıb. O, tezliklə kollektiv hazırlıqlara qatılacaq.
Qeyd edək ki, İtaliya və Xorvatiya ilə oyunlar üçün milli komandaya çağırılan Əmircanov zədə səbəbindən toplanışı tərk etmişdi. Müdafiəçi sonuncu dəfə Premyer Liqanın VII turunda ("Xəzər Lənkəran"la sentyabrın 28-də keçirilən oyunda) meydana çıxıb.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol