Azərbaycanlı hakim-inspektor Asim Xudiyev avrokubok oyununa növbəti təyinatını alıb. Apasport.az saytının məlumatına görə, AFFA rəsmisi Avropa Liqasının görüşündə çalışacaq.
UEFA Xudiyevi III təsnifat mərhələsinin matçına təyin edib. O, cavab oyunları çərçivəsində keçiriləcəl “Fənərbaxça” (Türkiyə) – “Şturm” (Avstriya) oyununun hakim-inspektoru olacaq. İstanbuldakı qarşılaşma avqustun 3-də keçiriləcək
Fanat.Az