"Fənərbaxça" nəhəng bir transfer etmək üçün ilk addımları atdı. Klub "Bayern Münih"lə Arjen Robben və Frank Riberi ilə bağlı görüş keçirib. "Fənərbaxça"lı rəsmiləri "Bayern Münih"dən iki oyunçudan birini transfer etmək istədiklərini dilə gətiriblər.
Daha əvvəl yayılan xəbərlərdə alman klubunun yeni baş məşqçisi Pep Qvardiolanın planlarında hollandiyalı oyunçu Arjen Robbenin olmadığı ifadə edilmişdi.