Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutan yeganə oyun - "Şerif" - "Qarabağ" görüşü UEFA-nın əmsallar cədvəlində ciddi dəyişikliyə səbəb olmayıb. Fanat.Az xəbər verir ki, evdə 0:0 hesablı heç-heçəyə razılaşdığı rəqibini Tiraspolda 2:1 hesablı məğlubiyyətə uğradan təmsilçimiz Azərbaycanın adının önünə daha 0,250 yazdırıb.
Ağdamlıların tarixi zəfəri sayəsində ölkəmizin bu mövsüm topladığı əmsal 2,625 olub. Cari avrokubok mövsümündə "köhlən atlar" 0,875 əmsal toplayıbsa, “İnter” 0,750, “Zirə” 0,625, “Qəbələ” 0,375 "qənimət"lə yadda qalıb.
İndi son 5 ilin nəticələrə görə qazanılan ümumi əmsalımız 17,375-di. Siyahıda 22-ci olan Azərbaycan özündən öndəki Kiprlə fərqi 0,325-ə endirib. Ən yaxın təqibçimiz İsveç isə ölkəmizdən 0,400 əmsal geri qalır.
Fanat.Az