Premyer Liqada yaranan fasilədən yararlanmaq istəyən "Simurq"la "İnter" yoxlama oyunu keçirəcək. Fanat.az xəbər verir ki, noyabrın 13-də "İnter Arena"da baş tutacaq matç saat 17.00-da start götürəcək. Zaqatalada hazırlıqları davam etdirən "Simurq" bu məqsədlə sabah Bakıya gələcək.
Qeyd edək ki, "Simurq" gündə iki dəfə məşqə çıxır. Hazırlıqlarda milli komandaların düşərgəsində olan Rəşad Eyyubov, Rəşad Əzizli və Vadim Abdullayev iştirak etmir. Zədə səbəbindən uzun müddətdi ki, komandadan ayrı düşən Banas Adamla Murad Səttarlı artıq sıraya qayıdıb və çalışmalarda iştirak edir. "Xəzər Lənkəran"la oyunda zədələnərək oyundan çıxan Tural Axundovda artıq məşqlərə başlayıb.
Onu da qeyd edək ki, "İnter"lə "Simurq" Premyer Liqanın VIII turunda qarşılaşıb. Oyun 0:0 hesabı ilə başa çatıb.
Fanat.az