Mahaçqala "Anji"sində oynayan Ayaz Quliyev AFFA-nı növbəti dəfə məyus edib. Fanat.Az-a verilən məlumata görə, 10 gün əvvəl futbol qurumundan telefon zəngi alan Ayaz Rusiya millisinin "dəftərini qapamağa" hazır olmadığını söyləyib.
Saytımıza informasiyanı çatdıran mənbə AFFA rəhbərliyinin Ayaza yetərincə cəlbedici məbləğdə pul və Bakıda mənzil vəd etdiyini də açıqlayıb.
Qeyd edək ki, müqaviləylə Moskva "Spartak"ına məxsus olan Ayaz Dağıstan klubunda icarə əsasında top qovur. 2016/17 mövsümünün ikinci yarısını "Anji"də keçirən Quliyev son razılaşmaya əsasən daha bir mövsüm bu komandada qalacaq.
Fanat.Az