“İkinci oyun birincidən fərqli olacaq. Çünki bu dəfə daha hazırlıqlıyıq". Fanat.Az xəbər verir ki, bu sözləri “Panatinaikos”un müdafiəçisi Niklas Hult deyib.
Sabah Avroliqanın III təsnifat mərhələsi çərçivəsində “Qəbələ”ylə Bakıda üz-üzə gələcək yunan klubunun üzvü səfər ərəfəsində qısa və iddialı danışıb. O, AL-in pley-off mərhələsinə adlayacaqlarını vurğulayıb: “Afinada qələbə qazanmışıqsa, ardını gətirməliyik. Məncə, pley-off mərhələsinə biz adlayacağıq. Buna gücümüz çatar”.
Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda baş tutacaq “Qəbələ” – “Panatinaikos” oyunu saat 21:00-da başlayacaq. Tərəflərin ilk duelində "Panatinaikos" 1:0 hesablı zəfərə sevinib.
Fanat.Az