"Rəvan" klubu yeni mövsüm üçün hazırlıq planını artıq müəyyənləşdirib. Futbolçuları mayın 21-dən istirahətə buraxılan komanda bir də iyunun 18-də bir araya yığışacaq. Ancaq legionerler düşərgəyə bir az gec-ayın 23-də qoşulacaq. 20 günə yaxın müddətdə Bakıda məşq edəcək "Rəvan" iyulun ortalarında hazırlıq məqsədi ilə xaricə - Sloveniyaya üz tutacaq.
Burada komanda dörd yoxlama oyunu keçirməyi planlaşdırır. Sloveniyadan qayıtdıqdan sonra çempionatın startına qədər olan müddətdə yenidən Bakıda hazırlıq keçəcək.