Hazırlığının ikinci mərhələsini Gürcüstanda davam etdirən "Sumqayıt" bu gün qonşu ölkədə üçüncü yoxlama görüşünə çıxır. Azerisport.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda yenə də Gürcüstan klubu ilə üz-üzə gələcək.
Rəqib isə “Quriya Lançxuti” olacaq.
Qeyd edək ki, “Sumqayıt” bundan öncə birinci liqada yarışan “Mertsxali” ilə qarşılaşmış və 3:0 hesabıyla qalib gəlmişdi. Premyer Liqa təmsilçisi "Merani Martvili" ilə görüşdə isə təmsilçimizin 2:1 hesablı qələbəsi qeydə alınmışdı.
Yoxlama oyunu
22 iyul "Sumqayıt" - "Quriya Lançxuti"
İdman24.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol