Premyer Liqanın startı ərəfəsində “İnter” və “Zirə” yoxlama oyunu keçirib. Fanat.Az xəbər verir ki, matçda sevinən tərəf "qartallar" olub.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan qarşılaşmada qəsəbəlilər 2:1 hesablı qələbə qazanıb.
“Zirə”nin qollarını Təmkin Xəlilzadə və David Manqa vurubsa, “İnter”dən rəqibin qapı torunu Mirsahib Abbasov silkələyib.
Fanat.Az