"İnter"in futbolçuları klubun təklif etdiyi müqavilələri imzalamağa tələsmir. Fanat.Az-a verilən məlumata görə başqan Zaur Axundovun özü də qeyri-müəyyənlik içindədi.
Belə ki, AFFA rəhbərliyi son 3 ayın əməkhaqqını almayan futbolçuların, məşqçilər korpusunun və digər klub əməkdaşlarının pulunu söz verdiyi vaxtda köçürməyib. "Yuxarıdan" borcların avqustun 14-nə qədər ödəniləcəyi deyilsə də, başqa klublardan təklif alan futbolçular vəziyyətin düzələcəyinə inanmadığından "İnter"də qalmaq istəmir.
Artıq klubun yeni büdcəsi də müəyyənləşib. Sabiq "bankirlər"in SOCAR-ın ayırdığı 2 milyon manatla fəaliyyət göstərməsi nəzərdə tutulub. Bu məbləğlə bütün camiənin ayaqda saxlanılması planlaşdırılıb. Durumun sabitləşəcəyi dəqiq tarix isə bilinmir.
Fanat.Az