"Hələ seçmə mərhələ öncəsi biz ilk iki oyunda 4 xal toplamağın pis nəticə olmayacağını deyirdik. Geridə qalan 3 oyunda Malta və Bolqarıstana qalib gəlməklə altı xal toplamışıq. Azərbaycan üzərində qələbə bizim startımızı daha da yaxşılaşdıracaq. Bu nəticə ilə qrupdan çıxmaq uğrunda mübarizə apara bilərik". Fanat.az xəbər verir ki, bu sözləri Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo deyib.
Bu gün Bakıda mətbuat konfransı keçirən Norveçin çalışdırıcısı sabah millimizlə baş tutacaq oyunla bağlı danışıb: "Baş məşqçi dəyişikliyi olanda bu komandaya təsir edir. Odu ki, Azərbaycan millisindəki baş məşqçi dəyişikliyi bizi narahat edir. Əminəm ki, azərbaycanlı futbolçular sabah özlərini göstərmək üçün əllərindən gələni edəcəklər. Onlar öz meydanlarında çıxış edirlər. Azərbaycan millisi bu tsikldə ən yaxşı oyununu Bolqarıstana qarşı keçirib. Biz Azərbaycan yığmasının oyunu məzh həmin görüşdəki çıxışa əsasən təhlil etmişik".
Fanat.az