"Qəbələ" heyətinə yeni futbolçu qatıb. Fanat.az xəbər verir ki, bölgə klubu Bəxtiyar Soltanovla müqavilə bağlayıb.
Bəxtiyar indiyədək "Araz Naxçıvan"ın formasını geyinirdi. Naxçıvan klubu Premyer Liqada çıxışını dayandırdığından bütün futbolçularına PFL tərəfindən azad agent statusu verilib. Soltanov "Qəbələ" ilə 2016-cı ilin iyun ayınadək müqavilə imzalayıb.
Qeyd edək ki, Soltanov "Araz Naxçıvan"la Topaz Premyer Liqasında 10 oyuna çıxaraq, 1 qol vurub. O, əvvəllər "Rəvan", "Simurq", "Kəpəz", "Qarabağ" və "Bakı"nın formasını geyinib.
Fanat.az