Arda Turanın meneceri Ahmet Bulut "Qalatasaray"ın prezidenti Dursun Özbəklə görüşüb. Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş ötən gün İstanbulda baş tutub.
İddialara görə, tərəflər Arda Turanın icarəyə götürməsini müzakirə edib. Bundan başqa tərəflər Sofiane Fequlinin də transferi ilə bağlı danışıqları davam etdirib.
Görüşdən sonra açıqlama verən Ahmet Bulut isə Arda Turanla bağlı iddiaları təkzib edib: "Əsas müzakirə məsələsi Fequlinin transferi idi. Bu transferdə kiçik problemlər qalıb. Onlar həll olunsa, sabah axşam (bu gün) İstanbula gələcək. Arda Turan məsələsində yenilik yoxdu. Prezidentlə bu barədə danışmadıq. Ardanın "Barselona" ilə 3 illik müqaviləsi davam edir və komandanın oyunçusudu".
Fanat.Az