"Səbail" heyətini daha bir futbolçuyla gücləndirib. Fanat.Az xəbər verir ki, Premyer Liqanın debütantı Kurasao millisinin üzvü Airton Statini rənglərinə bağlayıb.
1994-cü il doğumlu cinah oyunçusunun son klubu Hollandiyanın aşağı liqa təmsilçisi "Oss" olub. 176 santimetr boya malik futbolçu yarımmüdafiədə olduğu kimi, müdafiənin də cinahlarında oynamağı bacarır. Hollandiya pasportu da daşıyan Ayrton ölkəsinin yığmasına müntəzəm dəvət alır. O, son olaraq iyulun 17-də KONKAKAF kuboku çərçivəsində baş tutan Kurasao - Meksika (0:2) görüşündə tər töküb.
Ekzotik ölkənin yığmasının üzvü 1 illik müqaviləyə qol çəkib.
Fanat.Az