"Topaz" və Peşəkar Futbol Liqasının təşəbbüsü ilə jurnalistlər üçün Premyer Liqanın bölgədə keçiriləcək oyunlarını işıqlandırmaq imkanı yaradılacaq. Fanat.az xəbər verir ki, Topaz Premyer Liqasının XIII turundan etibarən hər turun bir oyununa bu tip səfərlər gerçəkləşdiriləcək.
İlk belə səfər XIII turda baş tutacaq “Qəbələ” - “Simurq” (23.11.2014, saat 17.15) oyununadı. Matçı işıqlandırmağı arzulayan jurnalistlər bununla bağlı PFL-ə müraciət etməlidi. Jurnalistlərin sayına uyğun olaraq, nəqliyyat vasitəsi ayrılacaq.
Fanat.az