“İnter”in futbolçusu Rauf Əliyevin Albaniyanın “Kukesi” klubuna transferində problem yarandığı haqda xəbər vermişdik.
Paytaxt təmsilçisi millimizin hücumçusunun klubla 2018-ci ilə qədər müqaviləsi olduğunu əsas gətirərək “Kukesi”dən təzminat tələb edir.
Rauf isə “İnter”lə müqaviləsinin başa çatdığını deyir. O, bu gün AFFA və PFL tərəfindən təsdiq olunmuş müqaviləsinin surətini təqdim edib. 5-ci maddədə onun "İnter"lə müqaviləsinin bu il iyunun 30-da bitdiyi qeyd olunub.
Həmin şəkillri təqdim edirik.
Mənbə: qol.az