Hazırlığının ikinci mərhələsini Gürcüstanda davam etdirən "Sumqayıt" Futbol Klubu qonşu ölkədə üçüncü yoxlama görüşünə çıxıb. Aqil Məmmədovun rəhbərlik elədiyi komanda Premyer Liqa təmsilçisi "Quriya Lançxuti" ilə üz-üzə gəlib. Görüşdə hesab açılmayıb.
Qeyd edək ki, “Sumqayıt” FK bundan öncə birinci liqa təmsilçisi “Mertsxali”ni 3:0 və Premyer Liqa təmsilçisi "Merani Martvili"ni isə 2:1 hesabı ilə məğlubiyyətə uğratmışdı.
İdman24.az