Çempionlar Liqasının pley-off mərhələsinin dünən keçirilən ilk oyunlarından sonra UEFA-nın əmsallar cədvəlində müəyyən dəyişikliklər olub. Fanat.Az xəbər verir ki, “Qarabağ”ın mərkəzi arenada “Kopenhagen”i 1:0 hesabı ilə üstələməsi ölkəmizin adının önünə daha 0,250 əmsal yazılmasını şərtləndirib.
Bununla mövsümlük qazancımız 2,875-ə yüksəlib. Son 5 mövsümü əhatə edən "qənimət" isə 17,625-ə çatıb. Azərbaycan 22-ci pillədəki mövqeyini qoruyub. APOEL-in qələbəsi sayəsində Kipr 20-ci yerə qalxıbsa, Rumıniya 21-ə düşüb. İndi rumınlardan 1,025 əmsal geridəyik.
Təqibçimiz Belarusla fərqi isə artırmışıq - 0,375.
Qeyd edək ki, "Qarabağ" bu mövsüm Azərbaycana 1,125, “İnter” 0,750, “Zirə” 0,625, “Qəbələ” 0,375 əmsal qazandırıb.
Fanat.Az