Bir qol və məhsuldar ötürmə ilə Çempionlar Liqasının finalına damğasını vurmasına baxmayaraq "Bavarya" lideri Aryen Robbenlə yollarını ayırmağı qərara alıb.
ANS PRESS-in verdiyi məlumata görə, yeni baş məşqçi Xosep Guardiola yeni mövsümdə Robbeni heyətdə görmək istəmədiyini açıqlayıb və hollandiyalı ulduzun 20 milyon avroya transferə çıxarmağı planlaşdırır.
"Qalatasaray", "Mançester Siti", "Tottenhem" və "İnter" kimi klublar artıq Robbeni almaq istəyini biliriblər. Qeyd edək ki, Aryen Robben "Bavarya"nın heyətində dörd mövsümdə 121 dəfə meydana çıxıb, 67 qol vurub. Futbolçu 8999 dəqiqə meydanda olub.
İdman24.az