"Fənərbaxça" formasında ən məhsuldar mövsümünü keçirən Cristian Baroni qərarını artıq verib.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, "Roma" və "Napoli"dən gələn təklifləri qəbul etməyən braziliyalı oyunçu karyerasına "Fənərbaxça"da davam edəcək.
Alex komandadan ayrıldıqdan sonra hücuma daha yaxın oynamağa başlayan Baroni geridə buraxdığımız mövsümdə 59 matçda 11 qol vurub.
Baroninin "Fənərbaxça" ilə 2014-ci ilə qədər müqaviləsi var.