Ötən gecə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində səfərdə Albaniya çempionu “Skenderbeu”nun qonağı olan “Neftçi” Korçeni tərk edib. Azerisport.az xəbər verir ki, 0:1 hesabıyla uduzaraq avrokuboklara ən erkən vida edən təmsilçimizə çevrilən “ağ-qaralar” bu gün saat 18:00 radələrində Bakıya çatmalıdı.
Paytaxt klubu sabahdan etibarən Topaz Premyer Liqasının yeni mövsümünün oyunlarına hazırlaşmağa başlayacaq.
İdman24.az