Topaz Premyer Liqasında III tura yekun vurulub. Fanat.Az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
Əvvəlcə "Zirə" və "Sumqayıt" meydana çıxıb. Bu oyuna qədər maksimum xal toplayan, "Qarabağ" və "Qəbələ" ilə birlikdə turnir cədvəlinə başçılıq edən qəsəbə təmsilçisi qələbə seriyasını davam etdirib. 3:1 hesablı qələbə qazanan "Zirə" turun son oyunu başa çatanadək vahid ledirliyi ələ alıb.
Tura mərkəzi oyunla - "Qarabağ"la "Qəbələ" arasındakı görüşlə yekun vurulub. Ötən mövsümün qızıl və gümüş mükafatçıları bu mövsüm də çempionluğun əsas favoritləri hesab olunur. "Kopenhagen"i mübarizədən kənarlaşdıraraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" uğur seriyasını əsas rəqibi ilə matçda da davam etdirib. 3 qolun vurulduğu oyunda son çempion qələbə qazanıb - 2:1.
3 turdan sonra "Zirə" və "Qarabağ" 9 xalla turnir cədvəlinə başçılıq edir. Qəsəbə təmsilçisi top fərqində rəqibini üstələyir.
Qeyd edək ki, turun iki oyunu dünən keçirilib. "İnter" "Səbail"i 1:0 hesabı ilə yenib, "Neftçi" - "Kəpəz" matçı "sülh"lə bitib.
Premyer Liqa
2017/18 mövsümü
I dövrə, III tur
26 avqust
Zirə - Sumqayıt 3:1
Qollar: Riçard Qadze, 52. Vüsal İsgəndərli, 61; 78 - Jozef Bum, 88 (avtoqol).
Zirə: 1. Anar Nəzirov (k), 3. Jozef Bum, 4. Vüqar Mustafayev, 8. Milan Duriç, 9. David Manqa, 10. Orxan Əliyev, 14. Qabriel Matey, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze, 74. Yusif Nəbiyev.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Adil Nağıyev, 7. Kerven Belfor, 11. Viktor İbekoyi, 13. Aleksandr Şemonayev, 17. Vüsal İsgəndərli, 19. Elgün Nəbiyev, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 98. Elçin Əliyev, 99. Nicat Qurbanov.
Baş məşqçi: Ayxan Abbasov.
Sumqayıt: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov (k), 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 11. Ehtiram Şahverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Vurğun Hüseynov, 5. Vüqar Bəybalayev, 13. Bəhlul Mustafazadə, 28. Səbuhi Abdullazadə, 90. Ramil Həsənov, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Samir Abasov.
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Abas Hüseynov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.
Qarabağ - Qəbələ 2:1
Qollar: Mahir Mədətov, 63. Miçel, 73 - Stiven Jozef-Monroz, 69.
Qarabağ: 1. Anton Konibalotski, 5. Maksim Medvedev, 7. Rahid Əmirquliyev, 8. Miçel, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 88. Elşən Abdullayev, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 89. Nicat Mehbalıyev, 2. Qara Qarayev, 9. Dino Ndlovu, 20. Riçard Almeyda, 23. Elgün Uluxanov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 16. İbrahim Aslanlı, 19. Famil Camalov, 17. Elçin Rəhimli, 33. Eltun Turabov.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 10. Ruslan Qurbanov, 15. Vitali Vernidub, 16. Dion Omar Malone, 17. Roman Hüseynov, 19. Filip Ozobiç, 28. Stiven Jozef-Monroz, 34. Urfan Abbasov (k), 88. Tellur Mütəllimov.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 11. Asif Məmmədov, 12. Endi Hallidey, 21. Deyv Bultuis, 33. Tural Məmmərzəyev, 44. Ülvi İbazadə, 70. Ülvi İsgəndərov, 89. Abbas Ağazadə.
Baş məşqçi: Roman Qriqorçuk.
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Vaqif Musayev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Əli Hüseynov.
“Azersun Arena”.
1. Zirə33008-2 9
2. Qarabağ33006-2 9
3. Qəbələ32014-3 6
4. İnter31022-3 3
5. Sumqayıt31023-5 3
6. Səbail31022-3 3
7. Neftçi30121-4 1
8. Kəpəz30121-5 1
Bombardir: Mahir Mədətov (Qarabağ) - 3.
Fanat.Az