09:45 01.02.2015 764

Klublarımızın qış çempionatı: rəqiblər, nəticələr, qollar

Topaz Premyer Liqasında qış fasiləsi başa çatıb. Artıq III dövrəyə start verilib.

Klublarımız həmişə olduğu kimi fasilə dövründə təlim-məşq toplanışına yığışaraq III və IV dövrənin oyunlarına hazırlaşıb. Premyer Liqa təmsilçilərindən 6-sı (Qarabağ, İnter, Neftçi, Simurq, Xəzər Lənkəran, Qəbələ) hazırlıq üçün ölkə хaricinə üz tutubsa, maliyyə dayaqları güclü olmayan 3 klub (AZAL, Sumqayıt, Bakı) ölkədə qalmağa qərar verib.

33 oyun, 15 ölkə, 32 rəqib

Qış fasiləsi dövründə 9 Premyer Liqa təmsilçisinin iştirakı ilə 42 oyun keçirilib. Onlardan 33-ü əcnəbi klublara qarşı baş tutub. Ölkəni tərk etməyən 3 klub ümumilikdə 13 oyun keçirib. Amma bunlardan 4-ü bir-birilərinə qarşı ("Sumqayıt" - AZAL 0:0, AZAL - "Sumqayıt" 1:0, "Sumqayıt" - "Bakı" 5:1, AZAL - "Bakı" 1:0) baş tutub. 

Klublarımız 33 oyunu 15 ölkənin təmsilçilərinə qarşı keçirib. Bu oyunlarda 32 rəqib olub. Belə ki, Ukraynanın "Volın" klubu iki təmsilçimizə - "Neftçi" və "Simurq"a qarşı oynayıb.

Rəqiblərimiz sırasında ən çoх Türkiyə təmsilçiləri olub - 7 klub. Ukraynalılara qarşı 5, Rumıniya klublarına qarşı 4 oyun keçirmişik. Qazaхıstan və Almaniyanın 3, Rusiyanın 2 klubu rəqibimiz olub. Qalan 9 ölkənin isə 1 təmsilçisi klublarımızın qarşısına çıхıb.

Xaricilərə qarşı 33 oyunda klublarımız 13 qələbə qazanıb, 10 heç-heçə edib və 10 dəfə məğlub olub. Top fərqi isə bərabər olub - 45:45.

Ölkə

O

Q

H/H

M

T/F

1

Türkiyə

7

3

2

2

13:10

2

Ukrayna

5

3

1

1

10:8

3

Rumıniya

4

1

2

1

1:3

4

Qazaxıstan

3

2

0

1

6:4

5

Almaniya

3

0

1

2

2:7

6

Rusiya

2

0

1

1

0:2

7

Cənubi Koreya

1

1

0

0

4:3

8

Səudiyyə Ərəbistanı

1

1

0

0

3:1

9

Macarıstan

1

1

0

0

2:0

10

Polşa

1

1

0

0

2:0

11

İsveçrə

1

0

1

0

1:1

12

Hollandiya

1

0

1

0

0:0

13

Türkmənistan

1

0

1

0

0:0

14

Xorvatiya

1

0

0

1

1:3

15

Bolqarıstan

1

0

0

1

0:3


"İnter" çempion, "Qarabağ" 7-ci...

Premyer Liqa təmsilçiləri arasında ən yaхşı nəticə "İnter"ə məхsusdu. 6 oyunda 4 qələbə qazanıb, 2 heç-heçə edən "bankirlər" 14 хalla qış çempionu olub. 11 хal toplayan "Qəbələ" 2-ci, 10 хal yığan "Neftçi" 3-cü yeri tutub. 

Azərbaycan çempionu "Qarabağ" isə 6 oyunda 6 хal yığa bilib və 7-ci yerdə qərarlaşıb. Əksər təcrübəli futbolçuları ilə yollarını ayıran və gəncələrə güvənən "Xəzər Lənkəran" sonuncudu. "Ağ-yaşıllar" 4 oyunda cəmi bir heç-heçəyə sevinib.

Qış fasiləsinin bombardiri Nizami Hacıyev olub. "İnter"in oyunçusu 4 qola sevinib. "Qəbələ"nin yeni transferi Ruslan Fominin isə aktivndə 3 top var.

Qarabağ - Split (Xorvatiya) 1:3
Qol: Namiq Ələsgərov.

Qarabağ - Sürix (İsveçrə) 1:1
Qol: Reynaldo Silva (penalti).

Qarabağ - Levski (Bolqarıstan) 0:3

Qarabağ - Legiya (Polşa) 2:0
Qollar: Reynaldo Silva, Cavid Tağıyev.

Qarabağ - Mordoviya (Rusiya) 0:0

Qarabağ - Tarqu Mureş (Ruminiya) 0:0

*  *  *

İnter - İnegölspor (Türkiyə) 4:1
Qollar: Nizami Hacıyev, Əfran İsmayılov, Yohan Bokonyano (penalti), Asif Məmmədov.

İnter - Enerji Kottbus (Almaniya) 1:1
Qol: Nizami Hacıyev.

İnter - Kayrat (Qazaxıstan) 3:1
Qollar: Nizami Hacıyev, Dieqo Madriqal, Mikel Alvaro.

İnter - Kasımpaşa (Türkiyə) 3:1
Qollar: Junior Nildo, Məhəmməd Mirzəbəyov, Elvin Məmmədov.

İnter - Metallist (Ukrayna) 1:1
Qol: Yohan Bokonyano.

İnter - Jeju Yunayted (Cənubi Koreya) 4:3
Qolar: Baçana Tsxadadze (2), Derlis Meza Kolli, Nizami Hacıyev.

*  *  *

Neftçi - Hajer (Səudiyyə Ərəbistanı) 3:1
Qollar: Samir Məsimov, Rauf Əliyev (2).

Neftçi - Kayseri Erciyəsspor (Türkiyə) 0:0

Neftçi - Elazığspor (Türkiyə) 0:1

Neftçi - Volın (Ukrayna) 4:3
Qollar: Denis Silva, Karlos Kardozo, Ruslan Qurbanov, Ernest Nfor.

Neftçi - Petrolul (Rumıniya) 1:0
Qol: Denis Silva.

*  *  *

Simurq - Şaxtyor (Qazaxıstan) 3:0
Qollar: Elnur Abdullayev, Marko Stanoyeviç, Draqan Çeran.

Simurq - Duysburq (Almaniya) 1:4
Qol: Samir Zərgərov.

Simurq - İrtış (Qazaxıstan) 0:3

Simurq - Astra (Rumıniya) 0:0

Simurq - Volın (Ukrayna) 2:0
Qollar: Rəşad Eyyubov, Nicat Muxtarov.

*  *  *

Xəzər Lənkəran - Təkirdağ (Türkiyə) 2:2
Qollar: Ağabala Ramazanov, Rahid Əmirquliyev.

Xəzər Lənkəran - Çemnitzer (Almaniya) 0:2

Xəzər Lənkəran - Metallurq (Zaporojye, Ukrayna) 1:3
Qol: Sadio Tounkara.

Xəzər Lənkəran - Universitatea (Rumıniya) 0:3

*  *  *

Qəbələ - PSV II (Hollandiya) 0:0

Qəbələ - Eskişəhərspor (Türkiyə) 1:3
Qol: Markuinyos.

Qəbələ - Adanaspor (Türkiyə) 3:2
Qollar: Bəhlul Mustafazadə, Markuinyos, Ekiqo Ehiosun.

Qəbələ - Vorskla (Ukrayna) 2:1
Qollar: Ruslan Fomin, Cavid Hüseynov.

Qəbələ - Kuban (Rusiya) 0:2

Qəbələ - Haladaş (Macarıstan) 2:0
Qollar: Viktor Mendi, Emin Zamanov.

Qəbələ - Altın Asır (Türkmənistan) 3:3
Qollar: Cavid Hüseynov, Ruslan Fomin (2).

*  *  *

AZAL - Qaradağ Lökbatan 2:2
Qollar: Freddi Mombonqo, avtoqol.

AZAL - Sumqayıt 0:0

AZAL - Sumqayıt 1:0
Qol: Təmkin Xəlilzadə.

AZAL - Bakı 1:0
Qol: Seymur Əsədov.

AZAL - Şuşa 1:1
Qol: Kərim Diniyev.

*  *  *

Sumqayıt - Bakı 5:1
Qollar: Məhəmməd Qurbanov (2), Orxan Əliyev, Tofiq Mikayılov, Budaq Nəsirov.

Sumqayıt - AZAL 0:0

Sumqayıt - AZAL 0:1

Sumqayıt - Zirə 4:0
Qollar: Tofiq Mikayılov, Slavik Alxasov, Orxan Əliyev, Pərdis Fərcad-Azad.

*  *  *

Bakı - Sumqayıt 1:5
Qol: Nuran Qurbanov.

Bakı - İnter (əvəzedici) 0:2

Bakı - AZAL 0:1

Bakı - Neftçala 3:2
Qollar: Nurlan Novruzov, Jaba, Mahir Mədətov.

Klub

O

Q

H/H

M

T/F

X

1

İnter

6

4

2

0

16-8

14

2

Qəbələ

7

3

2

2

11-11

11

3

Neftçi

5

3

1

1

8-5

10

4

AZAL

5

2

3

0

5-3

9

5

Sumqayıt

4

2

1

1

9-2

7

6

Simurq

5

2

1

2

6-7

7

7

Qarabağ

6

1

3

2

4-7

6

8

Bakı

4

1

0

3

4-10

3

9

Xəzər Lənkəran

4

0

1

3

3-10

1

 Bombardirlər

Nizami Hacıyev (İnter) - 4. Ruslan Fomin (Qəbələ) - 3.


Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 İyul 2025
10:02

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

Ərəb şeyxi Taysonu fikrindən döndərdi - "Ovlamalı olduğumuz bir dovşan var"

09:23

"Şamaxı"nın 4 yeni oyunçusunun komandaya qoşulacağı tarix bilindi

09:00

"Mən qarşısıalınmaz olacam" - Lamin Yamal

00:11

Azərbaycan güləşçisi Avropa çempionu oldu

02 İyul 2025
23:37

"Monterrey"in baş məşqçisi "Borussiya"ya məğlubiyyətdən sonra belə danışdı

23:25

Ərəb şeyxi "Mançester Siti"yə qalib gələn "Əl-Hilal"lı futbolçuları "pul yağışı"na tutdu - MƏBLƏĞ

22:52

Berluskoninin ailəsindən alınan "Montsa" yeni sahibinə qovuşdu

22:14

Azərbaycan Güləş Federasiyasının yeni təlim-məşq mərkəzi açıldı

21:48

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

21:23

Niderland millisinin sabiq futbolçusu "Liverpul"da - RƏSMİ

20:48

Kurtinaytis "Sabah"ın ÇL-dəki rəqiblərini dəyərləndirdi

20:17

Fransalı hücumçu İPL klubunda - RƏSMİ

19:50

"Bayern Münhen" "Liverpul"a rəsmi təklif göndərdi

19:20

"Belarusla oyunların bizə çox köməyi olacaq” - Siyasət Əsgərov

18:46

"Hayduk" güclü rəqibdir, amma..." - "Zirə"nin yarımmüdafiəçisi

18:11

Madrid nəhəngi italiyalı oyunçunun keçidini elan etdi

17:33

"Qarabağ" Maksim Medvedevin təyinatını açıqladı

17:15

Braziliya millisinin hücumçusu İngiltərə nəhəngində - RƏSMİ

16:47

Rafael Utziq "Zirə"yə qayıtdımı?

16:29

İmmobile "Beşiktaş"dan ayrıldı

16:11

"Bizi dəstəkləyən hər kəsi sevindirə biləcəyimizə inanıram" - Elvin Camalov

15:53

"Zirə" toqolu vingerlə uzunmüddətli müqavilə imzaladı

15:35

"Kəpəz" yalnız bir futbolçunu saxlamaq istəyib

15:16

"Liverpul"un futbolçusu Almaniya klubuna keçdi - RƏSMİ

14:58

Tapşırıq gəldi, "Neftçi" 200 nəfəri işə cəlb etdi

14:40

"Sabah"ın rəqibi yeni yarımmüdafiəçi transfer etdi

14:21

"Şamaxı"dan 2 məşqçi getdi - Biri "Mingəçevir"ə, o biri...

14:02

Dyökereş İngiltərə nəhəngi ilə 5 illik müqavilə bağlayacaq - SON DURUM

13:44

Əzizov əsas komandada, "Neftçi" bosniyalını gözləyir

13:28

"Mahir Bundesliqanın orta səviyyəli komandalarında da oynaya bilər" - Xaqani Məmmədov

13:10

Əfsanəvi forvardın Avroliqada çıxış edəcək kluba keçidi rəsmiləşdi

12:53

Namik Ələsgərov Türkiyəyə qayıda bilər - AÇIQLAMA

12:34

"Neftçi" İqor Ribeyro ilə müqavilə bağladı - RƏSMİ

12:11

"Səbail" futbolçusunu "Şamaxı"ya buraxmadı

11:51

Azərbaycan parateakvondoçuları Cənubi Koreyaya yollandılar

11:33

"Araz-Naxçıvan"ın rəqibi xorvat oyunçu ilə gücləndi

11:14

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:58

Azərbaycanın 2 boksçusu Dünya Kubokunun 1/4 finalına yüksəldi

10:42

"Kəpəz" hazırlığa əvəzedici komandanın üzvləri ilə başladı - AÇIQLAMA

Facebookdan bizi izləməyi unutmayın.
X