14:45 25.07.2013 1027

"Daha çox çatışmamazlıqlar üzərində işləyəcəyik"

Gürcüstan toplanışını başa vuraraq vətənə qayıdan "Sumqayıt" Futbol Klubu bu gündən etibarən Premyer Liqanın təlim-məşq toplanışının üçüncü mərhələsinə start verəcək. Komandanın baş məşqçisi Aqil Məmmədov hazırlıq mərhələsi ilə bağlı klubun rəsmi saytına açıqlama verib:

 "Sumqayıt" Futbol Klubu Premyer Liqanın 2013/14 mövsümünün hazırlığına iyun ayının son həftəsində start verdi. Sumqayıt şəhərində təşkil etdiyimiz hazırlıq mərhələsinin 1-ci hissəsini normal şəkildə başa vurduq. Doğma şəhərimizdə olduğumuz müddətdə iki yoxlama oyunu keçirdik. İlk qarşılaşmada AZAL-la heç-heçə etdiyimiz halda, "Neftçala" üzərində minimal hesablı qələbə qazandıq. Ardınca, iyulun 13-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Gürcüstana yollandıq. Klub rəhbərliyi qonşu ölkədə komandanın yüksək səviyyədə hazırlıq keçməsi üçün hər cür şərait yaratmışdı. Gürcüstanda olduğumuz müddətdə gün ərzində iki dəfə olmaqla məşqlərimizi davam etdirdik. Orada həm fiziki, həm də taktiki gedişlər üzərində çalışdıq. Futbolçuların məşqlərdə səylə, ürəklə çalışması məni sevindirən amillərdən idi. Ümumilikdə götürsək, hava şəraiti də bizə normal hazırlıq keçməyimizə yardım etdi. Gürcüstanda olduğumuz müddətdə isə 3 yoxlama oyununda qüvvəmizi sınadıq. İlk oyunda "Mertsxali"ni üstələdik, ardınca Premyer Liqa klubu "Merani Martvili"ni məğlub etdik. Son qarşılaşmada isə "Quriya Lançxuti" ilə heç-heçə oynadıq. Hazırlıq oyunlarında futbolçuları müxtəlif mövqelərdə sınadım. Alternativ variantlar üzərində işlədik".

Aqil Məmmədov həmçinin komandanın gələcək planlarından da danışıb. "Sumqayıt" Futbol Klubunun çempionata təxminən 60-70 faiz hazır olduğunu deyən çalışdırıcı heyətdəki problemlərdən də söz açıb:

 "İlk öncə qeyd edim ki, komanda Gürcüstana tam heyətlə yollansaydı, daha yaxşı olardı. Amma nə edə bilərik ki, bəzi səbəblərə görə bunu gerçəkləşdirə bilmədik. Gürcüstana 3 qapıçı daxil olmaqla 16 futbolçu ilə yollanmışdıq. Zədəli Samir Abasov və Mirzağa Hüseynpur əməliyyatdan yeni çıxdıqları üçün bizimlə getməmişdilər. Orxan Əliyev və Pərdis Fərcad-Azad isə qonşu ölkədə fərdi məşqlərlə kifayətlənirdi. Biz Gürcüstanda olduğumuz müddətdə rəhbərlik üç əsas futbolçumuz - Ruslan Qurbanov, Slavik Alxasov və Məhəmməd Mirzəbəyovun məsələsini həll etdi. Bu gündən etibarən isə təlim-məşq toplanışının üçüncü mərhələsinə start veririk. Bu mərhələdə daha çox çatışmamazlıqlar üzərində işləyəcəyik. Artıq heyətimiz tam olaraq formalaşıb. Sabahdan etibarən zədəli Samir və Mirzağa yavaş-yavaş komanda ilə birlikdə məşqlərə başlayacaq. Düşünürəm ki, komanda çempionata 60-70 faiz hazırdır. Sabah "Şahdağ"la yoxlama oyunu keçirəcəyik. Bu bizim sonuncu sınaq matçımız olacaq. İnşallah Premyer Liqanın ilk turunda baş tutacaq "Xəzər Lənkəran"la oyuna qədər komandanı hazır vəziyyətə gətirərik".

İdman24.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

Facebookdan bizi izləməyi unutmayın.
X